Türkiyə ilə Naxçıvan arasındakı dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

Türkiyə ilə Naxçıvan arasındakı dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandıQars-Naxçıvan dəmir yolu 5 il ərzində istifadəyə veriləcək.
KONKRET.az xəbər verir ki, TurkicWorld-ə bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur nazirliyindən bildirilib.
"Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu layihəsi 224 kilometr uzunluğunda olacaq. Elektrik və siqnallı qoşa xətt kimi planlaşdırılan layihədə beş stansiya olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək", – açıqlamada deyilir.
Qeyd olunub ki, sözügedən layihənin həyata keçirilməsi ilə şərq-qərb oxunda səfər müddətini qısaltmaqla, daşıma qabiliyyətini artırmaqla və alternativ enerjidən istifadə etməklə, iqtisadi nəqliyyat imkanları təmin ediləcək. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi ölkəmizi və təbii ki, bütün Avropanı Naxçıvan vasitəsilə İran, Azərbaycan, Türkmənistan və Pakistana birləşdirəcək.
"Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi ilə London-Pekin dəmir yolu əlaqəsi, Van gölü istifadə edilmədən yeni bir fasiləsiz alternativə sahib olacaq. Londondan Çinə qədər uzanacaq "Dəmir İpək Yolu" istehsalın birbaşa istehlak mərkəzlərinə daşınmasını təmin edəcək. Son illərdə dünya ticarətinin yenidən formalaşması ilə Türkiyə alternativ yolları və güclü geosiyasi mövqeyi ilə Mərkəzi Asiya və Qafqaza açılan ticarət və logistika körpüsü olacaq. Türkiyənin Avropa ilə Avrasiya arasında logistika sektorunda söz sahibi olmasına və tranzit daşımalarda payını artırmasına imkan verəcək", – deyə Nazirlikdən verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, 25 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzalayıblar.
Trend

Xəbərlər     Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

Toyuq əti də bahalaşdı - Video

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay


iqtisadi xeberler biznes ideyalari biznes krediti internetden pul qazanmaq emlak xeberleri