Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb
2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 136 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48 şirkət azdır.
"MSDIS Holding" nizamnamə kapitalınan 2,6 milyon manat geri götürüldü
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 151 milyon 240 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 210 milyon 960 min türk lirəsi təşkil edib", – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (118) qeydiyyata alınıb.
"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 92 milyon 410 min türk lirəsi təşkil edib", – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 71 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları