Türkiyənin "Abdülhamid Han" gəmisi qazma işləri üçün yola düşəcək
Türkiyənin "Abdülhamid Han" adlı dördüncü qazma gəmisi bu gün Aralıq dənizi sahilindəki Mersin limanından işə başlamaq üçün yola düşəcək.
Gəminin Türkiyə sularında ilk missiyası üçün hazırlıq işləri təxminən 2.5 ay davam edib. "Abdülhamid Han" Cənubi Koreyanın Okpo limanından Türkiyənin sahillərinə mayın 19-da çatıb.
Qeyd etmək lazımdır ki, gəminin yola salınma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Xatırladaq ki, yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir. 200 nəfərlik Abdülhamid Han komandası 12.200 metr qədər dərinliyə quyu qaza bilər. Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var və onlardan biri Türkiyənin sərəncamındadır.
Türkiyənin ehtiyacları üçün kəşfiyyat və qazma işləri indiyədək üç gəmi tərəfindən həyata keçirilib: "Fatih", "Kanuni" və "Yavuz".
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət