Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb

Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb(®) "Unibank"ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb.
Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və "Unicapital" İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq.
Proqram iki əsas sahədə - Strategiya və Biznes Planlaması və Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi, o cümlədən, Səhvlər və Zərərlər Bazası və Risklərə Nəzarət Özünü Qiymətləndirmə Sistemi üzrə həyata keçirilib.
Proqram dövründə Strategiya və Biznes Planlaması layihəsi çərçivəsində 2 biznes, 8 funksional və korporativ strategiyadan ibarət hərtərəfli və yaxşı işlənmiş strategiya sənədi hazırlanıb. "Unibank"da strateji planlaşdırma və idarəetmə proseslərinin davamlığını təmin etmək məqsədi ilə Strategiya və İnkişaf Departamenti və Strateji İdarəetmə Komitəsi yaradılıb. Yeni strategiya güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandanın sinerjisi hesabına həyata keçirilir.
Proqramın digər hissəsi olan Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində Unibank və bankın törəmə şirkəti olan "Unicapital" İnvestisiya Şirkəti üçün çox əsaslandırılmış, geniş təhlil edilmiş və ətraflı risk, özünüqiymətləndirmə və məlumat bazası üzrə tövsiyə sənədi hazırlanıb. Bankın təşkilatı strukturu optimallaşdırılıb. Layihə müddətində 1-ci və 2-ci müdafiə xəttlərinin gücləndirilməsi və onlar arasındakı sərhədlərin müəyyənləşməsi üzrə aparılan işlər, Bankda risk mədəniyyətinin inkişaf etdirilməsinin başlıca lövbəri kimi çıxış edib. Bankda komitələr yaradılıb, birləşdirilib və dəyişdirilib. Proqram çərçivəsində "Unicapital"ın  qrup daxilində strateji inkişaf prioritetləri üzrə təşkilatlanması, biznes proses və funksiyaların optimallaşdırılması, həmçinin risk əsaslı idarəetməsinin təşkili təmin edilib. Əldə edilən nəticələr yeni məhsul və xidmətlərin yaradılması, şirkətin dayanıqlı inkişafı və qrup ilə sinerjidə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcək.
Dəstək proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə layihədə uğurlu tərəfdaşlığa görə Unibank və Unicapital rəhbərliyi və əməkdaşları sertifikatla təltif edilib. / marja.az

Banklar     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind


iqtisadi xeberler dollarin kursu bu gun valyuta mezennesi kripto depozit faizleri