Vətən müharibəsi qazisi: "İki dəfə yaralandım, beş dəfə əməliyyat olundum"

Vətən müharibəsi qazisi: "2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən etibarən "N" saylı hərbi hissənin briqada komandirinin müavini kimi döyüşlərdə iştirak etmişəm. Həmin gündən etibarən Füzuli rayonun azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Elə həmin gün də düşmən tərəfindən atılan atəş nəticəsində yaralanmışam. Yaralanan zaman mənə ilkin təcili tibbi yardım göstərildi. Ancaq yaralı olmağıma baxmayaraq döyüşlərdə iştirakımı davam etdirdim".
Bunu "Report"a açıqlamasında Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu deyib.
Qazinin sözlərinə görə, 20 gün müddətində Füzuli istiqamətində döyüşlər gedib:
"Ermənilər orada çox möhkəmləndirilmiş sədlər, yeraltı bunkerlər yaratmışdılar, hər iki yüz metrdən bir səngərlər hazırlamışdılar. Çox ciddi şəkildə həmin ərazilərdə hazırlıqlar aparmışdılar. Ancaq bütün bunlara baxmayaraq biz onları düşmənin başına yıxdıq. Orada düşməni darmadağın etdik və dizini yerə qoyduq. Düşmən Azərbaycan əsgərinin inamının, şücaətinin qarşısında məhv olmuşdu".
Ehtiyatda olan zabit deyib ki, Füzuli rayonun azad edilməsindən sonra Hadrut, Azıx, Tuğun azad edilməsi istiqamətində gedən döyüşlərə qatılıb:
"Həmin əraziləri də düşməndən azad etdikdən sonra Şuşa istiqamətində döyüşümüz başladı. Noyabrın 4-ü səhər saat 6:00-dan etibarən Daşaltı kəndindən Şuşa istiqamətində döyüşə qatıldıq. Daşaltıda onların hazırladıqları mövqeləri vuraraq darmadağın etdik. Orada düşmənin üçüncü mövqeyi vardı. Onu dağıtmaq istəyən zaman da düşmənin snayperi tərəfindən ağır yaralandım. Yaralanandan sonra məni Hadrutdakı hospitala təxliyə etdilər və orada ilkin əməliyyat olundum. Mən ümumilikdə yaralanmağımla əlaqədar beş dəfə əməliyyat olunmuşam".
Vətən müharibəsi qazisi hazırda dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib:
"Şükürlər olsun ki, əməyimə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqli qiymət verilib. Belə ki, Prezidentin müvafiq sərəncamları ilə mən "Qarabağ" ordeni, Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə mealları ilə təltif olunmuşam. Hazırda ehtiyatda olan zabitəm. Vətən müharibəsindən sonra dörd dəfə Ali Baş Komandanla görüşüm olub. Həmin görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Həmin görüşlər zamanı Prezident və xanımı bizə çox böyük diqqət göstərdilər, qayğılarımızla maraqlandılar. Hesab edirəm ki, həmin görüşlər mənim həyatımın ən gözəl anlarından biridir".
E.Məmmədov özünə II dərəcəli əlilliyin təyin olunduğunu və dövlət tərəfindən Sumqayıtda üçotaqlı mənzillə təmin olunduğunu bildirib:
"Sumqayıt Şəhər İcra Hakimiyyəti də məni hər zaman diqqətdə saxlayır, problemlərimlə, qayğılarımla maraqlanır. "YAŞAT" Fondu tərəfindən də mənə iki dəfə 2 500 manat məbləğində yardım olunub. Həmçinin Fond tərəfindən bütün xərclərim qarşılanmaqla 1 həftəlik Türkiyəyə istirahətə göndərilmişəm. Sağ olsunlar, onlara yardımla bağlı müraciət edən zaman operativ şəkildə mənim müraciətimə baxdılar və qərar qəbul etdilər. Həmçinin mənə dövlətimiz tərəfindən 6 400 manat məbləğində sığorta ödənişi də verilib. Mən göstərilən bütün diqqət və qayğıya görə Prezidentimizə, dövlətimizə minnətdarlığımı bildirirəm".

Xəbərlər     Tarix: 14 iyul 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler en son xeberler internetden pul qazanmaq valyuta xeberleri kripto