"WhatsApp"a şəkildən stiker yaratmaq funksiyası əlavə edilib
"WhatsApp"ın iOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeni versiyasına öz fotolarınızdan fərdi stikerlər yaratmaq imkanı əlavə edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
iOS 16-da siz fotodakı obyekti fondan ayıra, sonra kopiyalaya və digər proqramlarda paylaşa bilərsiniz. Bəzi istifadəçilər bu funksiyanı daha əvvəl "WhatsApp"ın beta versiyasında əldə ediblər, lakin indi o, hər kəs üçün əlçatandır.
Şəkilləri stikerlərə çevirmək imkanı iPhone üçün "WhatsApp 23.3.77" versiyasında mövcuddur.
Öz stikerinizi yaratmaq üçün "Fotolar"a daxil olmalısınız. Qalereyada şəkil seçdikdən sonra onu sürüşdürərək "WhatsApp"a, söhbət otağına göndərməlisiniz. Göndərməzdən əvvəl messencer sizə fotonu stikerə çevirməyi təklif edəcək. Bir dəfə yaratdığınız stiker ümumi stikerlər kolleksiyasında saxlanılacaq.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB