XİN: Ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumları narahatlıq doğurur
Son günlər respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur.
Bu barədə KONKRET.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilir ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
"Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.
Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.
Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir", – XİN-dən əlavə edilib.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör