"Yaşıl biznes standartı"nın hazırlanması üzərində çalışırıq"

KOB sektorunda "yaşıl siyasət və strategiya"ların geniş tətbiqi üçün kifayət qədər potensial mövcuddur. Biz beynəlxalq inkişaf təşkilatları ilə birgə bu sahədə təhlillər aparmışıq.
"KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi artır"
FED.az xəbər verir ki, bunu "Yaşıl iqtisadiyyatda kiçik və orta Biznesin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib
O, qeyd edib ki, KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması istiqamətində qarşılaşdığı problemləri 3 qrupa bölmək olar: məlumat və bilik çatışmazlığı, potensial və bacarıqların aşağı olması, maliyyə resurslarına çıxış imkanının məhdud olması.
""Yaşıl konsepsiya"nın tətbiqi üzrə işlərimiz davam edir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq "Yaşıl biznes standartı"nın hazırlanması üzərində çalışırıq. Onu da qeyd edim ki, KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün "ACWA Power" şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların "yaşıl iqtisadiyyat"a keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. KOB-ların "yaşıl transformasiya" sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd preambula və operativ həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur. Sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün "Yaşıl KOB Resurs Mərkəzləri"nin yaradılması təşəbbüsü irəli sürülür", - deyə Orxan Məmmədov əlavə edib.
KOBİA sədrinin sözlərinə görə, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların ölkədə qarşılaşdığı spesifik problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübə qazanaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq: "Beləliklə, KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsinin beynəlxalq səviyyədə qəbulu və KOB sektoru üzrə daha çox maraqlı tərəflərin qoşulması üçün İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə təşviq kampaniyası və əlaqələndirmə işləri aparmağa hazırıq". (Azərtac)

Biznes     Tarix: 09 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler pul qazanmaq en son xeberler biznes krediti bitcoin