Yelo Bank artıq Qəbələdə! - Fotolar
Yelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirməyə davam edir.
Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.
Bankın digər filialları kimi "Parlaq Bankçılıq" şüarına uyğunlaşdırılmış Qəbələ filialı yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin istifadəsindədir. Filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən şad olduğunu bildirib:
"Müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də filiallarımızı da rəqəmsallaşdırırıq, Qəbələ filialı bu il regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı planlaşdırırıq".
Yelo Bank-ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1 ünvanında fəaliyyət göstərir. Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!





ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?