Yelo Bank-dan ekoloji təşəbbüs
®Kağız hal-hazırda ən çox istehsal olunan sənaye məhsullarından ikincisidir. Ofis mühitində, xüsusilə bank sektorunda kağız daha çox sərf edilir. Yelo Bank Korporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addım atıb. Belə ki, Bankın Baş ofis binasında kağızın təkrar emalı üçün xüsusi qutular yerləşdirilib. Bu qutularda toplanan kağızlar təkrar istehsal üçün mütəmadi olaraq Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatı (AKKİK) tərəfindən təhvil alınacaq.
İş yerlərində 1% belə olsa kağız istehlakının azaldılması ilə minlərlə ağacı xilas etmək mümkündür. Bunun fərqinə varan Yelo komandası ofisdaxilində kağız istehlakının mümkün qədər azaldılmasına çalışır. Qeyd edək ki, belə emal qutularının yaxın gələcəkdə Bankın filiallarında da yerləşdirilməsi planlaşdırılır. Yelo Bank ekoloji vəziyyətin yaxşılaşdırılması üçün öz aktiv dəstəyini davam etdirəcək.
Bank xidmətləri, həmçinin sahibkarlara guzestli kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!

/ banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Biznes plan necə yazılır?
Swift nədir?
Biznes təlimlər və tədris üsulları
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?