Zelenski Rusiyaya qarşı nüvə sanksiyalarının tətbiqinə çağırıb
"Nüvə fəlakəti təhlükəsi yaratdığı üçün Rusiyaya və onun nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyacımız var".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara müraciətində deyib.
O qeyd edib ki, Ukrayna Rusiyanın nüvə şantajı, Zaporojye atom elektrik stansiyasının obyektlərinin atəşə tutulması və minalanması barədə dünyanı fəal şəkildə məlumatlandırır. Zelenskinin sözlərinə görə, artıq beynəlxalq ictimaiyyətin müvafiq reaksiyaları var.
"Ancaq cavab tədbirlərini sürətləndirmək lazımdır. Rusiya söz və narahatlıqla hesablaşmayacaq. Nüvə fəlakəti təhlükəsi yaratdığına görə terrorçu dövlətə və bütün Rusiya nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyac var", – Zelenski bildirib.
Onun sözlərinə görə, dünya Çernobıl hadisəsini unutmamalı və yadda saxlamalıdır ki, Zaporojye atom elektrik stansiyası Avropada ən böyük AES-dir.
"Çernobıl faciəsi bir reaktorda partlayışdır, Zaporojye AES altı enerji blokudur", – Ukrayna Prezidenti vurğulayıb.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət