Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb.
azxeber.com-un məlumatına görə, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ağalıda dərslərin başlaması mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak edir.
360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.
Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməli qoyulub. Bu il mayın 27-də "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.



Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?