Zuckerberqin baş ağrısı: niyə "TikTok" "Meta" üçün əsas təhlükəyə çevrildi?

Zuckerberqin baş ağrısı: niyə Bir milyarddan çox istifadəçi cəlb edən və İT sektorunda liderə çevrilən qısa videolar tətbiqi TikTok artıq Meta rəhbəri Mark Zuckerberq və onun sosial şəbəkələri üçün problemə çevrilib. Keçən həftə o, Uoll-Strit analitikləri ilə danışarkən bunu bir neçə dəfə etiraf edib. Brifinq zamanı sahibkar tətbiqlərinin inkişafının niyə yavaşladığını və 18 illik fəaliyyətində ilk dəfə olaraq istifadəçi sayının azamasını izah etməyə çalışıb. 
Meta-nın rəhbəri Mark Zuckerberq israr edir ki, onun TikTok-dan müdafiə strategiyasının əsas elementi qısa videolar çəkməyə imkan verən Reels funksiyasıdır, hansıki 2020-ci ilin avqustunda Instagram və Facebook-a əlavə edilmişdi.
Əgər Zuckerberq Reels-in uzunömürlülüyünə inansaydı, o həqiqətən də TikTok-a hücuma keçərdi və Reels, eləcə də onun müəlliflərinə böyük sərmayə qoyardı. Ən azı sosial media ulduzları üçün ən əhəmiyyətli gəlir mənbəyi olan YouTube-un xərclədiyi qədər. Platformalar kontentlə birgə izləyicilərə reklam satırlar: daha çox müəllif – daha çox kontent – daha çox istifadəsi – daha böyük potensial gəlir. Bu, qapanmış dairədir.
İndi isə kontent yaradıcılarını iqtisadiyyata cəlb etməyin vaxtıdır. Mövzu ilə bağlı bu yaxınlarda Hank Qrin video yaymışdı. O, ilk növbədə YouTube kanalları ilə tanınır. Onlardan ən populyarı Crash Course-dur (13.1 milyon izləyici). Burada o, İkinci Dünya müharibəsində qaradərili amerikalıların rolundan tutmuş İsrail-Fələstin münaqişəsinə qədər müxtəlif mövzularda uşaqlar üçün maarifləndirici videolar yerləşdirir.
Təcrübəli blogger kimi Qrin başa düşür ki, YouTube pul qazanmağın ən yaxşı yolunu təklif edir. Platforma kontent yaradıcılarına videodan əldə edilən reklam gəlirlərinin 55%-ni verir. Keçən il YouTube kontent yaradıcılarına təxminən 16 milyard dollar ödəyib. "YouTube reklam satmağı yaxşı bacarır. Videoxidmət bunu uzun müddətdir ki, edir və ildən-ilə daha da təkmilləşir", – deyə Qrin söyləyir. YouTube-da o, hər 1000 baxışdan təxminən 2 dollar qazanır. Lakin Qrin bununla kifayətlənmir, onun TikTok, Instagram və Facebook-da da səhifələri var. TikTok YouTube-dan daha az ödəyir: hər 1000 baxışdan cəmi bir neçə sent.
Meta da Reels çəkilişləri üçün ödənişlər təklif edir. Son bir ay ərzində Reels-in auditoriyası nəhayət ki, Qrinə 16 milyon baxış toplamaq və hər 1000 baxışdan ona təxminən 0,6 dollar qazandırmaq üçün kifayət qədər artıb. Bu, TikTok-dan qat-qat yaxşı olsa da, Qrinin bütün diqqətini Reels-a yönəltməsi üçün kifayət olmayıb. "TikTok daha əyləncəli və qəribə kontent təklif edir, – deyə Qrin söyləyir. – Halbuki çarxlar çox səthdir və dərinə getmir".
Reels üçün daha bir maneə Meta-nın pis reputasiyasıdır. "Facebook həmişə kontent yaradıcıları üçün əhəmiyyətsiz tərəfdaş olub", – deyə Qrin vurğulayır. Zuckerberq Reels çəkən istifadəçilərə pul qazanmaq imkanını vermə üçün buraya da sərmayə qoya bilərdi. Bəlkə də, TikTok-un rəqibi Short xidmətini işə salan YouTube-u əvəzləyərdi.
İndi isə təsəvvür edin ki, Reels ödənişləri hər 1000 baxış üçün 0.8 dollar və ya 1 dollara qədər artırsaydı, Meta Qrin kimi biri üçün nə qədər cəlbedici olardı.
Meta kontent yaradıcılarına cəmi 1 milyard dollar xərcləməyə hazırdır – bu, şirkətin nə qədər qazandığını düşünməsəniz, böyük məbləğ kimi görünür. Lakin bir anlıq YouTube-un nə qədər xərclədiyini təsəvvürünüzə gətirin.
Bu illər ərzində Zuckerberq inandığı layihələrə inanılmaz məbləğlər xərcləməyə hazır olduğunu göstərdi. Ən bariz nümunə onun təşəbbüslərinin sonuncusu olan metakainatdır. Keçən il Meta genişləndirilmiş və virtual reallıq proqram təminatının və qulaqlıqların hazırlanmasına 10.1 milyard dollar xərcləyib. Xərclərin 2022-ci ildə artacağı gözlənilir. Və Reels-dən fərqli olaraq, metakainata münasibətdə heç bir vaxt məhdudiyyəti yoxdur. Şirkət Uill-Stritə bildirib ki, bu dəbdəbəli xərclər yaxın gələcəkdə də davam edəcək. Bütövlükdə, Meta-nın belə bir mövqe tutduğu görünür: "Uğur qazanmaq üçün bacardığımız qədər xərcləyəcəyik".
Reels üçün, çox güman, bu nəzərdə tutulmur. Lakin Zuckerberq bilir ki, o, TikTok-un qısa video sektorunu ələ keçirməsinə icazə verə bilməz. Metakainat yaradılana qədər Meta Instagram və Facebook-un reklam gəlirlərindən asılıdır. Misal üçün: Instagram və Facebook ötən il Meta-nın 118 milyard dollar gəlirinin 98%-ni təşkil edib. Quest 2 VR qulaqlıqlarının satışı daha 2%-dək gəlir gətirib. Bu tip kontentə tələbat artdığından reklamçıların pulları qısa videolara axmağa davam edir.
Əslində Zuckerberq artıq etiraf edib ki, o, Reels-i TikTok probleminin uzunmüddətli həlli kimi görmür. Əgər belə olmasaydı, milyarder bu alətə və Qrin kimi kontent yaradıcılarına daha çox pul xərcləyərdi. /banker.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"

Son 5 il ərzində ölkədə gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsind

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür

"Sürətli dofamin düşmən deyil": "həzz hormonu" haqqında beş mif

Sosial şəbəkə lentini skroll etməyin və vertikal kontentə baxmağın beyin üçün zərərli, səy tələb edən məşğuliyyətlərin — məsələn, kitab oxumağın və canlı ünsiyyətin isə faydalı olduğu düşünülür. Sosial şəbəkələrdə guya "ucuz"

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı dəmiryol şəbəkəsinə qoşulacaq

Cəbrayıl rayonundakı "Araz Vadisi iqtisadi Zonası" Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bununla da, Sənaye Parkı yen

Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya

Rouen Bird Şimali Koreyada 100 dəfədən çox olub və Kim Çen In rejimi dövründə taksi üçün uzun müddət gözləməyə alışmışdı. Lakin bir neçə ildən sonra Pxenyana etdiyi son səfər zamanı avtomobil bir neçə dəqiqəyə gəldi. Onu

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun


iqtisadi xeberler internetden pul qazanmaq avtomobil xeberleri bitkoin almaq en son xeberler