10 ölkədə 48 milyon insan kəskin aclıqdan əziyyət çəkir
Somali, Haiti, Cibuti, Keniya, Niger, Əfqanıstan, Qvatemala, Madaqaskar, Burkina Faso və Zimbabvedə 48 milyon insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir və sağ qalmaq üçün təcili yardıma ehtiyacı var. O cümlədən 18 milyonu ifrat aclıq vəziyyətindədir.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə "Oxfam" xeyriyyə təşkilatının hesabatında yer alıb.
Təşkilat bildirib ki, münaqişələr və iqtisadi böhranlar aclığın əsas səbəbləri olaraq qalır.
"Oxfam" hesabatında qeyd olunub ki, problem iqlim dəyişikliyi ilə daha da dərinləşib:
"Getdikcə artan iqlim dəyişikliyi yoxsulların aclıqla mübarizə və gələcək fəlakətlərə tab gətirmək qabiliyyətini zəiflədir".
Qeyd edək ki, "Oxfam" dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən 17 təşkilatdan ibarət beynəlxalq birlikdir. Assosiasiyanın fəaliyyəti yoxsulluq və bununla bağlı ədalətsizlik problemləri həll etməkdən ibarətdir.
Bu arada, FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ofisinin direktoru Oleq Kobyakov ac insanların sayının artdığını bildirib. Onun sözlərinə görə, onların sayı COVID-19-dan sonra 150 milyon artaraq 828 milyon nəfərə çatıb.
İqbal Rzayev,
KONKRET.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət