"1000 manatlıq taxılı qorumaq 10-11 manat, meyvə bağları üçün 15-20 manat sığorta ödənişi tələb edilir"

Azərbaycandaəkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə yaxın günlərdə başlanacaq.  
Bu barədə İsmayıllı rayonunda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda regional tədbirdə bildirilib. 
Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb. 
İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev rayonda aqrar sektorun, cümlədən  əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. Bununla yanaşı, E.Musayev, son dövrlər baş verən sel-subasma hadisələrinin rayondakı təsərrüfatlara böyük zərər vurduğunu bildirib, belə halların qarşısının alınması üçün fermerləri aqrar sığortadan faydalanmağa dəvət edib. 
Tədbirdə qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. 
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, Dağlıq Şirvan regionu aqrar sığortadan ən çox faydalanan bölgələrdən biridir. Belə ki, ölkədə əkin sahələri üzrə ilk aqrar  sığorta ödənişi İsmayıllı rayonunda həyata keçirilib. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın  sığorta ödənişi edilib.  
Qeyd edək ki, Dağlıq Şirvan bölgəsi 2023-cü ildə iqlim hadisələrindən ən çox zərər çəkən bölgələrdən olub, bu ərazidə xüsusilə sel-subasma hadisələri böyük zərərlər törədib. 
Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Fond sədri bildirib ki, Aqrar Sığorta Fondu hadisələri qarşılamaq üçün zəruri ehtiyatları yaradıb və fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq. 
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri quraqlıq, sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər. 
Fermerlər xüsusilə dəmyə ərazilərində quraqlıq risklərindən sığortanın tətbiqi ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar. ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki hazırda Fond quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyir. 
Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyin xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb. 
Tədbirdə bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir. 
İsmayıllı rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Fermerlərlə görüşlə yanaşı, sentyabrın 26-da Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaş qəbulu da keçirib. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Yevlax və sair bölgələrin vətəndaşları iştirak edib. 
Qəbul zamanı əkin subsidiyaların ödənilməsi, aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə, sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan bəzi məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verilib, digər məsələlər araşdırmaya götürülüb.  / marja.az

Banklar     Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri


iqtisadi xeberler iqtisadiyyat xeberleri bitkoin almaq investisiya valyuta xeberleri