9 ay ərzində 406 min hektara yaxın əkin sahəsi sığortalanıb, 11 milyon manata yaxın haqq toplanıb

9 ay ərzində 406 min hektara yaxın əkin sahəsi sığortalanıb, 11 milyon manata yaxın haqq toplanıbAzərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri və fermerlərə sığorta ödənişləri artmaqdadır.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 9 ayının yekunlarına əsasən cari ildə ölkəmizdə 405 604 hektar əkin sahəsi sığortalanıb. 
9 ay ərzində 406 min hektara yaxın əkin sahəsi sığortalanıb, 11 milyon manata yaxın haqq toplanıbBu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub. 
2024-cü ilin ilk 9 ayı ərzində kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10 milyon 856 min manat sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib. 
Həmçinin bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1 milyon 412 min manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.
Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub. 
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən ölkəmizin fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3 milyon 790 min manat sığorta ödənişi edilib. 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi. 
Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib. 
Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40%-dən çox artım baş verib. 
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. / marja.az

Banklar     Tarix: 29 oktyabr 2024

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir


iqtisadi xeberler en son xeberler bank faizleri bitkoin emlak xeberleri