ABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 238 mln. manatlıq xalis mənfəət

ABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 238 mln. manatlıq xalis mənfəətAzərbaycanın ən iri bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2022-ci il üzrə audit hesabatını açıqladı və illik müqayisədə xalis mənfəətinin 79% artdırdığı məlum oldu.
Banker.az xəbər verir ki, ABB-nin 2022-ci il üzrə audit hesabatını "Ernst&Young" audit şirkətini aparıb.
Yola saldığımız ildə dövlət bankı 237.8 mln. manat xalis mənfəət əldə edib.
Hesabatda deyilir ki, ABB-nin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanmış 595.77 mln. manat faiz gəliri əldə edib.  Bu illik müqayisədə 153.79 mln. manat və ya 35% çoxdur. Burada 380.94 mln. manat müştərilərə verilmiş kreditlər üzrə, 71.1 mln. manat pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, 65.76 mln. manat banklardan və digər maliyyə təşkilatlarından alınacaq məbləğlər, 61.45 mln. manat investisiya qiymətli kağızları və 16.52 mln. manat "Aqrarkredit" QSC-dən alınacaq məbləğ gəlirlər əldə edib.
Bank faiz gəlirlərinin 35% artımına qarşı faiz xərclərini xeyli optimallaşdırıb. 2021-ci ildə 116.23 mln. manat faiz xərci çəkdiyi halda 2022-ci ildə 111.1 mln. manat olub.
1 yanvar 2023-cü ildə 564.59 mln. manat yığılmış mənfəəti vardır.
Aktivlərinin həcmi illik müqayisədə 21% artımla 14 mlrd. 178 mln. manata yüksəlib. Burada 3 mlrd. 401 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edib.
Cəmi öhdəliklərin həcmi illik 23% artımla 12 mlrd. 357 mln. manata yüksəlib. Burada, 11 mlrd. 252 mln. manatı müştəri hesablarıdır.
ABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 238 mln. manatlıq xalis mənfəətABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 238 mln. manatlıq xalis mənfəətABB 2022-ci il üzrə audit hesabatını açıqladı – 238 mln. manatlıq xalis mənfəət

Banklar     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni


iqtisadi xeberler biznes xeberleri emlak xeberleri biznes qurmaq valyuta mezennesi