ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi
Azərbaycan dövlətinin 2032–ci ilədək 8 QVt–lıq yaşıl enerji hədəfinə uyğun olaraq ABB ölkəmizdə həyata keçirilən yaşıl enerji layihələrində yaxından iştirak edir. Bank hazırda "Masdar", "ACWA" və "Universal Solar" şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi layihələrə agent bank kimi dəstək verir.
ABB--nin yaydığı məlumatda bildirilir ki, bu layihələrdən biri "Masdar" şirkətinin Biləsuvar rayonunda həyata keçirdiyi 445 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsidir. Bu layihə təxminən 190 000-dən çox evin elektrik enerjisi ilə təmin olunmasına, illik 393 000 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək.
ABB "Masdar" şirkətinin Neftçala rayonunun Bankə qəsəbəsində yaratdığı 315 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinə də dəstək verir. Stansiya 140 000-dən çox evi elektrik enerjisi ilə təmin edəcək. İllik 280 000 ton CO₂ emissiyasının qarşısını alacaq.
Bank həmçinin "ACWA" şirkəti ilə tərəfdaşlıq əsasında Abşeron-Xızı rayonunda quruda külək enerjisi layihəsinin yaradılmasına dəstək verir. 240 MVt gücündə layihə sayəsində 300 000-dən çox ev yaşıl elektrik enerjisi ilə təmin ediləcək, illik 400 000 tondan çox CO₂ emissiyasının qarşısı alınacaq.
ABB-nin dəstəyi ilə uğurla reallaşdırılan daha bir yaşıl enerji layihəsi isə Qaradağ rayonunda 100 MVt gücündə günəş enerjisi layihəsidir. Bu layihə təxminən 50 000 evin elektrik enerjisi ilə təmin edilməsinə, illik 146 500 tondan çox CO₂ emissiyasının qarşısının alınmasına kömək göstərəcək.
"Beləliklə, ABB-nin agent bank rolu ilə reallaşdırılan yaşıl enerji layihələrinin ümumi həcmi ölkəmizin 2032-ci ilə qədər qarşıya qoyduğu hədəfin ilkin mühüm hissəsidir",- məlumatda bildirilir.

/ marja.az

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb
Pampers 23 milyard dollar qazanıb
Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb
Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR
İnvestisiyanın necə cəlb etmək olar?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?
Ev şəraitində pul qazanmağın yolları