ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək®7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2024-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.
Onun sözlərinə görə, bu, son 7 ildə səhmdarlarına ardıcıl şəkildə yüksək dividendlər ödəyən ABB-nin ayırdığı rekord dividend məbləğidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6%-ə yüksəlib.
Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Bankın nizamnamə kapitalının strukturunda dövlətin iştirak payı 92.18%-dir. Bu bölgüyə uyğun olaraq dividendin 184 000 000 manatı dövlət büdcəsinə, 16 000 000 manatı isə digər səhmdarlara ödəniləcək.
"Qürur duyuruq ki, 30 mindən çox vətəndaşımızla gəlirlərimizi bölüşəcəyik. Həmçinin bu ilin dividend ödənişini də nəzərə alsaq, son illər ərzində ABB-nin dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq" – Abbas İbrahimov bildirib.
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2024-cü il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, həyata keçirdiyi strateji inkişaf layihələri haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 08 may 2025

Oxşar xəbərlər

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir


iqtisadi xeberler online pul qazanmaq iqtisadiyyat xeberleri biznes qurmaq investisiya