ABŞ-da qadın polisə 11 min dəfədən çox zəng etdi
ABŞ-da qadın il ərzində 11 min dəfədən çox polisə zəng etdiyi üçün həbs olunub.
KONKRET.az xəbər verir ki, qadının köməyə ehtiyacı olmayıb – o, sadəcə polis məmurları ilə höcətləşib.
Karla Cefferson adlı qadının hüquq-mühafizə orqanlarının səbrini daşırdığı son damla isə iyulun əvvəlində onun 24 saat ərzində polis idarəsinə 512 dəfə zəng etməsi olub. İş o yerə gəlib ki, qadın xətt operatorunun adını çəkərək, onunla mübahisə edib.
Polislər ona boş yerə zəng etməyi dayandırmasa, həbs olunacağı ilə bağlı xəbərdarlıq məktub göndərib. Lakin Karla onların sözlərini qulaqardına vurub, buna görə də dəmir barmaqlıqlar arxasına düşüb. Üstəlik, Cefferson həbsinə qətiyyən etiraz etməyib və məmurlara "bu oyunu oynamağı sevdiyini" deyib.
Qadının hansı cəza ilə üzləşdiyi məlum deyil. Sonradan məlum olub ki, o, 400 dollar girov müqabilində sərbəst buraxılıb.//Oxu.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları