"ABŞ-ın Azərbaycandan silah alması hərbi gücümüzün təsdiqidir" - Elman Nəsirov

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnikalar sınaqdan uğurla keçdi. Hazırda ölkəmiz hərbi-sənaye sahəsində 50-dən çox tanınmış şirkətlə əməkdaşlıq edir. Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanın istehsal etdiyi silahlara böyük tələbat yarandığı da sirr deyil. Müdafiə sənayesi naziri Mədət Quliyev son açıqlamasında Azərbaycanın dünyanın supergücü olan ABŞ-a da silah satdığını vurğuladı.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ABŞ-ın Azərbaycandan silah alması dövlətimizin hərbi gücünün, hərbi potensialının təsdiqidir.
"Bu gün Cənab Prezidentimiz hərbi sənayemizi inkişaf etdirir və Azərbaycan bu sahədə artıq konkret nəticələr əldə edir.  Ölkəmizdə istehsal olunan  silahlar Azərbaycanın gücünün və potensialının ifadəsidir. Bilirik ki, Azərbaycanın bu gün 20-dən çox hərbi zavodu fəaliyyət göstərir və 1200  təyinatlı silah-sursat istehsal edirik. Eyni zamanda, qeyd edək ki, Azərbaycanın  PUA-lar da istehsal edir ki, bunlardan 4-ü də müasir silah və texnika sərgisi olan "ADEX"də nümayiş olundu".
Deputat bu tədbir çərçivəsində Azərbaycanın yeni müqavilələr imzaladığını da vurğulayıb:
"Azərbaycan Türkiyə və İsrail dövlətləri ilə yeni müqavilə imzalandı. Bu müqavilənin imzalanması ilə hər iki dövlətdən Azərbaycana ən müasir silahlar daxil olacaq ki, bu da Azərbaycanın hərbi gücünün, potensialının daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərəcək. Bu da təsadüfi deyil. Çünki, müharibə bitib, amma Ermənistanda revanşizm bu gün də var, onun  sabah da olması istisna deyil. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etməyib. Bu reallıqlar fonunda Azərbaycanın güclü orduya sahib olması məntiqidir, belə də olmalıdır. Bu baxımdan Azərbaycan belə sərgini keçirməklə potensialını ortaya qoyur, yeni silahlar alır, eyni zamanda öz silahlarını ixrac edir. Hətta, dünyanın aparıcı dövlətləri Azərbaycandan silah alırlar ki, bu da bir daha dövləmizin hərbi gücünün, hərbi potensialının təsdiqi kimi qiymətləndirilə bilər".

Xəbərlər     Tarix: 07 sentyabr 2022

Oxşar xəbərlər

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler biznes ideyalari valyuta mezennesi dollarin kursu bu gun iqtisadiyyat xeberleri