ABŞ İranın $100 mln.-luq kriptovalyuta ödənişlərinə görə BƏƏ şirkətinə sanksiya tətbiq edib
ABŞ İranın 100 milyon dollar məbləğində kriptovalyuta ödənişlərinin həyata keçirilməsinə görə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən şirkətə və onun sahibi, Ukrayna vətəndaşı İvan Obuxova qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu vəsaitlər İran neftinin ödənişləri üçün istifadə olunub.
Banker.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, BƏƏ-də yaşayan İvan Obuxov və 2022-ci ildə satın aldığı Foscom şirkəti bir neçə il ərzində İran silahlı qüvvələrinin və onun müttəfiqlərinin ehtiyacları üçün İran neftinin tədarükünə yardım edib.
Nazirlikdən bildirilib ki, "2023-cü ildən etibarən Obuxov İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından 100 milyon dollardan çox məbləğdə kriptovalyuta ödənişlərini emal edib". Bu ödənişlər, o cümlədən neft satışının həyata keçirilməsinə yardım məqsədi daşıyıb.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı "İqtisadi pariya" adlandırılan əməliyyatın başladığını elan edib. ABŞ Maliyyə naziri Skott Bessent avqustun 24-də bildirib ki, Vaşinqton İrana yardım edən istənilən təşkilatı dollar sistemindən kənarlaşdıracaq. O, bu kampaniyanı İran İslam Respublikasına və ona yardım edənlərə qarşı "misli görünməmiş kampaniya" adlandırıb.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, İran "mövcudluğunu davam etdirmək üçün müxtəlif vasitələrdən", o cümlədən rəqəmsal aktivlərdən istifadə edir.
"İran rejimi sanksiyalardan yayınmaq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran rejiminin daxilindəki şəxslərlə əlaqəli əməliyyatları dəstəkləmək üçün kriptovalyutadan getdikcə daha çox istifadə edir", — deyə açıqlamada bildirilir.
İyulun sonunda ABŞ Maliyyə Nazirliyi bitkoin qəbul edən İran sığorta şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan iki həftə əvvəl isə İran Mərkəzi Bankının kriptovalyuta pul kisələrinə qarşı sanksiyalar elan edilmişdi. Bundan sonra onların tərkibindəki 130 milyon dollardan çox USDT stabilkoini ABŞ hakimiyyətinin sorğularını icra edən emitent Tether tərəfindən dondurulub.
Bessent apreldə ABŞ-ın İranın təxminən 500 milyon dollar dəyərində kriptovalyutasını müsadirə etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, İran xalqının maraqları naminə həyata keçirilən "İqtisadi qəzəb" adlı başqa bir əməliyyat çərçivəsində baş verib.

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Kriptovalyuta nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası