ABŞ strateji ehtiyatdan daha 26 milyon barel neft satacaq
"Bloomberg" mənbələrə istinadən yazır ki, ABŞ bu ilin aprel-iyun ayları arasında tədarük üçün strateji ehtiyatdan 26 milyon barel neft satmağı planlaşdırır. Məlumata görə, ABŞ-ın neft ehtiyatının həcmi 371.5 milyon bareldən 345 milyon barrelə qədər azalacaq.
Bu xəbərlər fonunda neftin qiyməti 1%-ə yaxın ucuzlaşıb. Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0.69% ucuzlaşaraq 86.01 dollar/barelə bərabər olub. WTI markalı neftin mart fyuçersləri isə 1.09% ucuzlaşaraq 79.27 dollar təşkil edib.
2022-ci ilin martında ABŞ Prezidenti Co Bayden yanacağın qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatdan 180 milyon barel neft buraxıldığını açıqlamışdı. Nəticədə, strateji neft ehtiyatları 1984-cü ilin martından bəri ən aşağı səviyyəyə enib. Oktyabrda ABŞ strateji ehtiyatdan daha 15 milyon barel nefti satışa çıxarıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 müğənnisi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Kriptovalyuta nədir?