ABŞ strateji ehtiyatlardan 15 mln. barel nefti satışa çıxaracaq
"OPEC+"un gündəlik neft hasilatını azaltmaq qərarına cavab olaraq, ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatından 15 milyon barel nefti satışa çıxaracaq.
"Bayden açıqlayacaq ki, ABŞ hökuməti neftin qiyməti bir barel üçün 67-72 dollardan aşağı olanda strateji ehtiyatı artıracaq", – deyə "Associated Press" agentliyi məlumat yayıb.
Ağ Ev qeyd edib ki, qarşıdan gələn satış "prezidentin yazda elan etdiyi 180 milyon barellik tarixi buraxılışını tamamlayır". Onun nümayəndələri həmçinin enerji bazarına sabitliyi pozan amillərin təsir edəcəyi halda, qışda resursun əlavə satışını da istisna etməyiblər.
ABŞ-ın hazırkı prezidentinin administrasiyasının oxşar siyasəti ölkənin strateji ehtiyatlarının həcminin 1984-cü ildən bəri ən aşağı səviyyəyə enməsinə gətirib çıxarıb. Oktyabrın 5-də "OPEC+" ölkələri gündəlik neft hasilatının 2 milyon barel azaldılmasını təsdiqləyiblər və bu, ABŞ-ın kəskin mənfi reaksiyasına səbəb olub. / banker.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml