"AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir" - İlkin Quliyev

AccessBank-ın İdarə Heyətinin üzvü İlkin Quliyev müsahibə verib.
 
azxeber.com həmin müsahibəni təqdim edir:
- İlkin bəy, son illər ərzində bankçılıq necə dəyişib? Siz bu dəyişiklikləri AccessBank-da necə görürsünüz?
Ümumiyyətlə devalvasiyadan sonra bankçılıq çox dəyişib və şəxsən mənim fikrimcə bu dəyişikliklər effektiv və daha məhsuldardır. Devalvasiya bazar üçün iqtisadi şok olmaq ilə yanaşı eyni zamanda bankçılığa yeni baxış gətirdi. Bundan başqa, pandemiya özü-özlüyündə bankçılığın rəqəmsallaşmasına təkan verdi deyə düşünürəm. Sevindirici məqam ondan ibarətdir ki, Mərkəzi Bank rəqəmsallaşma istiqamətində çox vacib addımlar ataraq yeni qaydalar təsdiq etdi.  Banklar da bu dəyişikliklərdən yararlanmağa çalışır. AccessBank da rəqəmsalda  aktivləşib -  tezliklə yeni mobil bankçılıq tətbiqimizi  müştərilərin xidmətinə təhvil verəcəyik. Biznes müştərilərimiz üçün olan internet bankçılıq tətbiqimiz isə onların tələblərini tam olaraq qarşılayır. Bununla belə, biznes müştərilərimiz üçün də rəqəmsal kanallarımızı yenilənmək barədə düşünürük. 
- Son aylar dünyada baş verənlərin AccessBank-a təsiri oldumu?
Düşünürəm ki, var.  Ən azından biz bankda bunu görürük. Misal üçün, digər qonşu ölkələrlə nisbətdə inkişaf edən iqtisadiyyat, stabil məzənnə, investisiyaya açıq mühit kimi səbəblərdən bir çox xarici şirkətlərin ölkəmizə investisiyalarının artırması müşahidə olunur. Bankımıza son 6 ay ərzində yeni hesab açan xarici şirkətlər bizi çox sevindirir. Bu həm ölkəmizə əlavə investisiyalar, həm də bankımıza yeni müştərilər qazandırır.  Hüquqi şəxslərin bizim xidmətlərimizdən istifadə etməsinin başlıca səbəblərdən biri AccessBank-ın bütün səhmdarlarının beynəlxalq maliyyə qurum və institutlarının  olmasıdır.
-Digər maliyyə qurumlarında işləyərkən AccessBank-ı kənardan müşahidə etmisiniz. Bəs sizcə, Bank daxildə necədir?
Əslində digər 3 bankda işləyərkən AccessBank məndə qapalı, amma özünəməxsus korporativ dəyərləri olan maraqlı bank təəssüratı oyadırdı. Düzünü desəm, AccessBank komandasına qoşulmaq təklifini alanda çox düşünmədim,  çünki qeyd etdiyim kimi Bank kənardan çox maraqlı görünürdü və güclü quruluşu, təməli ilə seçilirdi. Həm də mikromaliyyələşmə istiqamətində bazarın lideri olan bir bankda pərakəndə biznesini inkişaf etdirmək özü - özlüyündə çox cəlbedici təklif idi. Cəlbedici və riskli. AccessBank sıralarına qoşulanda seçimimdə heç peşman olmadım – burada güclü, peşəkar komanda, böyük potensiala malik və mənə də doğma və yaxın özünəməxsus korporativ dəyərləri olan bir bankla tanış oldum. Belə deyə bilərəm ki, AccessBank-la eyni dəyərlərin daşıyıcıları olduq. 
- AccessBank-ın digər banklardan fərqi, özəlliyi nədədir?
Elə bank var ki, orada proseslər ilk yerdədir (process base), elə bank var ki, orada insanların (team base) iştirakı proseslərdən daha vacibdir. Mənim gördüyüm, AccessBank-da bu iki istiqamətin miksidir. Burada Bankımızın əsas kapitalı – komanda çox önəmli rol oynayır, eyni zamanda daim təkmilləşən proseslər öz yerini tutur. Düşünürəm ki, bu simbioz AccessBank-ın korporativ idarə etməsində, biznes həyatında çox düzgün formalaşıb. Bankın bünövrəsi məhz bu formatda qurulub. Fikrimcə, bu da bizi digərlərindən fərqləndirən əsas özəlliyimizdir. Təbii ki, AccessBank-ın ölkənin mikro maliyyələşdirmə istiqaməti üzrə ən böyük bazar payına malik olması, həmçinin sistem əhəmiyyətli banklardan sonra ən böyük depozit portfelinə sahib olması fərqləndirici məqamlardan biridir.
- Növbəti illərdə AccessBank-ı harada görürsünüz?
AccessBank-ın əsas missiyası – ilk növbədə kiçik və orta sahibkarlara, həmçinin pərakəndə müştərilərə dəstək olmaq strategiyasını davam etdirməkdir. Bu strategiyanı mərhələli şəkildə rəqəmsal kanallarda da inkişaf etdirəcəyik. Bu həm müştərilərin, həm də bazarın tələbidir. Rəqəmsallaşma və müştərilərimizin rahatlığı bankımızın növbəti 3 illik strategiyasında prioritet məqamlardan biri olacaq. İstər biznes, istərsə də pərakəndə müştərilərin banka gəlmədən rahat şəkildə əməliyyatlar aparması, hesab açması  proseslərini tam rəqəmsallaşdırmaq kimi planlarımız var.  Filial şəbəkəsinə gəldikdə isə cari il ərzində Naxçıvanda yeni - 30cu filialımızı müştərilərimizə təhvil verəcəyik. Növbəti illər ərzində isə filialların açılmasından daha çox agent bankçılıq xidmətlərindən istifadə etmək kimi planlarımız var.
AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir. Bu göstəriciləri bəzi istiqamətlər üzrə inkişaf etdirmək, bəziləri üzrə isə qoruyub saxlamaq əsas hədəfimizdir. Həmçinin kiçik və orta  sahibkarlığa dəstəkdə ən böyük bazar payını və  pərakəndə müştərilərin depozit portfeli üzrə TOP5-də mövqeyimizi qoruyub saxlamaq, xidmət keyfiyyətimizi və əlavə olaraq rəqəmsal kanallarımızı təkmilləşdirərək yaxın gələcəkdə ən faydalı banklardan biri olmağı planlaşdırırıq.

Xəbərlər     Tarix: 22 avqust 2022

Oxşar xəbərlər

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler bank faizleri dollar mezenne biznes qurmaq birbank