AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub

AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub®Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olan AccessBank, qürurla Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulduğunu elan edir.
BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaf fəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlar arasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş ən böyük beynəlxalq təşəbbüsdür.

AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişaf məqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin – ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqi deməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank, insan hüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşı mübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləmək öhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişaf məqsədini həyata keçirməyi də öhdəlik olaraq qəbul edir.
BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlarda və biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləməyə və qorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitini təmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdə korrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək. 
"BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, bu prinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləri daha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimiz və bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkan verəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobal hərəkatın bir hissəsi olmaqdan qürur duyuruq", – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 17 aprel 2024

Oxşar xəbərlər

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında


iqtisadi xeberler bitcoin qiymeti internetden pul qazanmaq bitkoin bitcoin