"AccessBank"ın xalis mənfəəti kəskin artıb

"AccessBank" QSC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 27 milyon 197 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 19 milyon 469 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyon 728 min manat və ya 39,7% artıb.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 740 min manat və ya 18% artaraq 116 milyon 393 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 263 min manat və ya 12,5 % artaraq 83 milyon 498 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti  8 milyon 477 min manat artaraq 32 milyon 895 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 24 milyon 418 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 3 milyon 122 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə "AccessBank" əməliyyat mənfəətindən 4 milyon 949 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "AccessBank" ın cəmi aktivləri 86 milyon 379 min manat və ya 6,2% artaraq 1 milyard 478 milyon 666 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 67 milyon 194 min manat və ya 6,6 % artaraq 1 milyard 80 milyon 959 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 3 milyon 515 min manat artaraq 231 milyon 52 min manata, biznes kreditləri portfeli 61 milyon 515 min manat artaraq 841 milyon 560 min manata, ipoteka kreditləri portfeli 2 milyon 164 min manat artaraq 8 milyon 347 min manata qalxıb.
BANKDA DEPOZİTLƏR 1 MİLYARD MANATDAN ÇOXDUR
2024-cü ilin ilk 6 ayı ərzində "AccessBank"da cəmi depozitlər 21 milyon 850 min manat və ya 2% azalaraq 1 milyard 29 milyon 725 min manata düşüb. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 9 milyon 569 min manat azalaraq 832 milyon 897 min manata, hüquqi şəxslərin depozitləri isə 12 milyon 281 min manat azalaraq 196 milyon 828 min manata düşüb.
30 İyun 2024-cü il tarixində "AccessBank" 167 milyon 352 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 14 iyul 2024

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


iqtisadi xeberler dollar kursu rubl mezenne dollar mezenne biznes krediti