Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTO

Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTO
Ölkə əhalisinin yay aylarında ən çox üz tutduğu məkanlar səfalı təbiəti olan rayon və kəndlərimizdir. Belə yaşayış məntəqələrindən biri də Daşkəsən rayonunun Xoşbulaq kəndidir. Sərin və müalicəvi əhəmiyyətli təmiz havası olan Xoşbulaq Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən yeddi kilometr məsafədə yerləşir. İki il bundan öncə Xoşbulaq yaylağında üç min il əvvələ aid dini ibadətgah yeri tapılıb ki, bu da yaşayış məntəqəsinin qədim tarixindən xəbər verir.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTO"Kaspi" qəzeti Xoşbulaq kəndi ilə bağlı məqalə dərc edib.
Hazırda bu kənd Azərbaycanın Qərb bölgəsindəki sakinlərin ən çox üz tutduğu məkandır. Adı dillər əzbəri olan Xoşbulağın xoş simasını görmək üçün ötən şənbə-bazar biz də yolumuzu bu kənddən saldıq. Düz kəndin girişinə qədər asfalt örtük döşənmiş avtomobil yolu olduğundan dağlar qoynunda yerləşən bu yaşayış məntəqəsinə asanlıqla çatdıq. Lakin kəndin girişində bizi xoş mənzərə, səfalı təbiət nə qədər məmnun etdisə, yol qırağında atılmış, bəlkə də, günlərdir üst-üstə qalanmış tullantı qalıqları bir o qədər pərişan etdi. Kəndin düz mərkəzindəki boş zibil qablarının ətrafındakı antisanitar vəziyyət, o cümlədən yerə atılmış tullantılar, bu zibillikdə qida qalıqları axtaran ev heyvanları, minik vasitələri könül bulandırırdı.
Kənd bulağının ətrafının çirkləndirilməsi, bulağa yaxın ərazinin zibilliyə çevrilməsi də bu yaşayış məntəqəsində tullantıların düzgün idarə olunmadığını, maarifləndirmə işinin lazımi səviyyədə aparılmadığını nümayiş etdirirdi.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOBir qədər əvvəl qeyd etdiyimiz kimi, kəndin girişinə qədər olan avtomobil yolu asfalt örtükdən ibarət olsa da, yolun davamı olaraq yaşayış məntəqəsinin mərkəzinə doğru uzanan hissəsi yalnız torpaqla bərkidilib. Ötən şənbə-bazar kəndə yağış yağdığından bu torpaq yollar, kənd mərkəzindəki abidənin ətrafı zığ-palçıq, çirkab su gölməçələri içində itib-batırdı.
Sakinlərin sözlərinə görə, kəndə yağış tez-tez yağdığından belə acınacaqlı vəziyyət uzun müddət hökm sürür. Kənd içində sakinlərin, istirahət üçün bu yaşayış məntəqəsinə üz tutanların, avtomobil sahiblərinin rahat hərəkəti qeyri-mümkün olur. Kənd sakinlərinin iddiasına görə, dəfələrlə bu problemlər barədə yerli icra nümayəndəliyinə, bələdiyyəyə müraciət olunub, həm tullantıların düzgün idarə edilməsi, həm də yolun təmir-bərpası məsələsi qaldırılıb. Vətəndaşlara vəziyyətin müsbətə doğru dəyişəcəyinə dair söz verilsə də, dəyişən heç nə yoxdur. Necə deyərlər, köhnə hamam, köhnə tas.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOTurizm potensialı yüksək olan, xüsusən yay aylarında daha çox qonaq-qara qarşılayan Xoşbulaq kəndinin problemlərinin nə zaman həll olunacağı, həmçinin rastlaşdığımız antisanitar vəziyyət barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevdən münasibət öyrəndik. O bildirdi ki, kənddəki mövcud problemlərdən İcra Hakimiyyəti məlumatlıdır.
E.Əliyevin sözlərinə görə, iyulun 20-də rayonun icra başçısı Əhəd Abıyevin, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Xoşbulaqda səyyar qəbul keçirilib, kənd sakinlərinin şikayət və təklifləri yerində dinlənilib.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOYaşayış məntəqəsində məişət tullantılarının ətrafa səpələnməsinə toxunan müdir müavini dedi ki, şəhər və rayonlardan, xüsusilə Gəncə şəhərindən yay mövsümündə Xoşbulaq kəndinə istirahətə gələn bəzi vətəndaşlar zibili müəyyən olunmuş yerlərə deyil, hara gəldi atırlar. Bu da kənd ərazisində zibilliklər yaradır, sakinlərin və qonaqların haqlı narazılığına səbəb olur.
E.Əliyevin dediyinə görə, icra hakimiyyətinin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz daxili imkanları hesabına sözügedən ərazilərdən məişət tullantılarını mütəmadi olaraq təmizləyir. Amma təəssüf ki, problem bununla həllini tapmır. Bu cür natəmizlik və zibillik yaradan vətəndaşlarla gələcəkdə də maarifləndirmə işlərinin aparılacağını, ancaq cərimə tətbiq etməklə vəziyyətin düzəlmədiyini dilə gətirən müdir müavini söylədi ki, belə hallara bir daha yol verilməməsi üçün sahə müvəkkilinə, bələdiyyələrə də müvafiq göstərişlər verilib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi ilə əlaqəli şəkildə işlər görüldüyünü, həmçinin Xoşbulaq kəndinin içməli su təchizatının yaxşılaşdırılması üçün əraziyə tezliklə yeni iki su xəttinin çəkiləcəyini, kəndarası yolların da təmir olunacağını qeyd etdi.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTODövlət Turizm Agentliyindən (DTA) isə bildirildi ki, Xoşbulaq kəndi təbii turizm potensialı ilə zəngin olan kəndlərdən biri olaraq, xüsusilə yay aylarında respublikanın müxtəlif yerlərindən ziyarətçi qəbul edir. Əsasən, Gəncə, Şəmkir və Bərdə rayonlarının yaylaq yeri kimi formalaşmış ərazi həm də istirahət məkanı kimi diqqəti cəlb edir.
DTA-dan təəssüflə vurğulandı ki, xüsusilə yay aylarında ilin digər fəsillərinə nisbətdə dəfələrlə çox sayda ziyarətçi qəbul edən kəndin tullantılarının idarəedilməsi və sanitar-gigiyena qaydalarına əməl edilməsində problemlər müşahidə edilir. Xoşbulaq kəndində tullantıların idarə olunması, o cümlədən kənddaxili yol infrastrukturun təkmilləşdirilməsi DTA-nın səlahiyyətləri çərçivəsində olmadığından, Agentlik və müvafiq yerli strukturlar tərəfindən aidiyyəti dövlət qurumları ilə bununla bağlı müzakirələr aparılıb.
DTA tərəfindən yerli icmalarla maarifləndirici görüşlər də keçirilib, özəl sektorun burada tullantıların idarə edilməsi və təmizlənməsi prosesinə cəlb olunması ilə bağlı təkliflər səsləndirilib. Həmçinin, Xoşbulaqda kənd evlərində qonaqlama xidmətinin təşkili potensialı ilə bağlı ilkin qiymətləndirmələr aparılıb. Daşkəsən rayonu "Kiçik Qafqaz cığırları" piyada dağ yürüşü marşrutlarına daxil edilib və bu marşrutların işarələnməsi aparılıb.
Adı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTOAdı dillər əzbəri olan kənd: Xoşbulağın xoş olmayan mənzərəsi - REPORTAJ + FOTO

Xəbərlər     Tarix: 13 avqust 2022

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bitkoin almaq valyuta xeberleri