"AFB Bank"ın İdarə Heyətinə təyinat olub
"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni üzv seçilir.
Banker.az xəbər verir ki, bununla bağlı Müşahidə Şurasının qərar qəbul edib.
Qərara əsasən Ruqiyyə Əliyeva Adil qızı müvafiq vəzifəyə seçilib və bununla da İdarə Heyətinin üzvlərinin ümumi sayı sədrlə birlikdə üçə yüksəlib.
Rüqiyyə Əliyeva bankçılıq, mikrofinans, telekommunikasiya və audit sahələrində böyük təcrübəyə malikdir. 2023-cü ilin dekabr ayından 2026-cı ilin avqustuna qədər "FINCA Azerbaijan" BOKT-də Baş Maliyyə Direktoru (CFO) və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bundan əvvəl "AccessBank" və "Azərbaycan Beynəlxalq Bankı" (ABB) kimi maliyyə institutlarında rəhbər maliyyə vəzifələrində çalışmışdır.
O, maliyyə strategiyası, likvidlik idarəetməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, büdcələmə və hesabatlılıq sahələrinə rəhbərlik edir və bank sektorunda həm mikrofinans, həm də korporativ bankçılıq istiqamətlərində geniş təcrübəyə malikdir.
Rüqiyyə Əliyeva IE Business School-da Executive MBA dərəcəsi almış və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Pampers 23 milyard dollar qazanıb
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan
Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib
Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR
Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir
İlon Mask kimdir?
Bitcoin nədir?
Biznes təlimlər və tədris üsulları
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri