"Alibaba" öz xidmətlərinə "ChatGPT"nin analoqunu inteqrasiya edir
Dünən, iyunun 1-də Çin internet nəhəngi "Alibaba" özü yaratdığı "Tongyi Tingwu" səs köməkçisini məhsullarına inteqrasiya etməyə başladığını elan edib. Xatırladaq ki, "Alibaba Cloud" aprel ayında məşhur "ChatGPT" çat-botunun analoqu "Tongyi Qianwen"i nümayiş etdirib. Şirkət bildirib ki, "Tongyi Tingwu"nun inteqrasiyası sayəsində o, böyük həcmdə məlumatları təhlil edə və istifadəçinin istəyi ilə audio və video məzmunun mətn təqdimatını çıxara biləcək.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Şirkət səs köməkçisini "DingTalk" korporativ messencerinə inteqrasiya etmək niyyətindədir. Gələcəkdə o, "Tongyi Qianwen"in yeni funksiyalarını, o cümlədən audio və video məzmunun ingilis dilindən Çin dilinə tərcüməsini təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, may ayında daha bir Çin şirkəti "Baidu" öz süni intellekt xidmətini təqdim edib. ABŞ-ın "OpenAI" şirkətinin yaratdığı "ChatGPT" isə Çində qadağan edilib.
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq