"AllAllFinance"ın xalis mənfəəti 14% artıb

"AllAllFinance" ASC 2026-cı ilin birinci yarısını 3 milyon 218,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 395,4 min manat və ya 14% çoxdur.
Marja.az xəbər verir ki, bu, şirkətin açıqladığı 2026-cı ilin ilk altı ayı üzrə audit olunmamış maliyyə hesabatından məlum olur.
2025-ci ilin birinci yarısında "AllAllFinance" ASC-nin xalis mənfəəti 2 milyon 823,1 min manat təşkil etmişdi.
Müqayisə üçün, şirkət 2025-ci ili 5 milyon 593,4 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ildə şirkətin cəmi gəlirləri 11 milyon 60,2 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 994 min manat təşkil etmişdi.
2025-ci ildə vergidən əvvəlki mənfəət 7 milyon 76,5 min manat, mənfəət vergisi xərci isə 1 milyon 483,1 min manat olub.
Aktivlər 111,3% artaraq 13,4 milyon manata çatıb
2026-cı il iyunun 30-na "AllAllFinance" ASC-nin cəmi aktivləri 13 milyon 406,8 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni tarixindəki 6 milyon 344,5 min manatla müqayisədə 7 milyon 62,4 min manat və ya 111,3% çoxdur.
Aktivlərin artımında əsas rol alınmış problemli kredit portfelinin və verilmiş borcların genişlənməsinə məxsusdur. Belə ki, şirkətin alınmış problemli kredit portfelinin balans dəyəri 2025-ci ilin iyunun sonundakı 4 milyon 132,5 min manatdan 2026-cı ilin eyni tarixində 7 milyon 546,6 min manata yüksəlib. Beləliklə, portfel bir ildə 3 milyon 414,1 min manat və ya 82,6% artıb.
Alınmış problemli kredit portfeli şirkətin ümumi aktivlərinin təxminən 56,3%-ni təşkil edir.
Eyni dövrdə "AllAllFinance" ASC-nin verdiyi borcların həcmi 1 milyon 2 min manatdan 3 milyon 329,1 min manata çatıb. Artım 2 milyon 327,2 min manat və ya 232,3% təşkil edib.
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 19,6 min manatdan 197,1 min manata, əmlak, tikili və avadanlıqları 203,8 min manatdan 438,8 min manata yüksəlib.
İstifadə hüquqlu aktivlərin balans dəyəri isə 779,9 min manatdan 1 milyon 657 min manata çatıb.
Müqayisə üçün, 2025-ci ilin sonunda "AllAllFinance" ASC-nin aktivləri 13 milyon 6,6 min manat təşkil edirdi.
Öhdəliklər 47,5% artaraq 5 milyon manatı ötüb
2026-cı ilin iyunun sonunda "AllAllFinance" ASC-nin cəmi öhdəlikləri 5 milyon 9 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 3 milyon 394,8 min manatla müqayisədə 1 milyon 614,2 min manat və ya 47,5% artıb.
Bununla belə, şirkətin borc vəsaitləri 1 milyon 439,4 min manatdan 1 milyon 213,9 min manata düşüb. Beləliklə, borc vəsaitləri 225,5 min manat və ya 15,7% azalıb.
Ticarət və digər kreditor borcları isə 312,3 min manatdan 683,9 min manata yüksəlib.
İcarə öhdəlikləri 796,3 min manatdan 1 milyon 657 min manata, təxirə salınmış vergi öhdəliyi isə 705,8 min manatdan 1 milyon 193,5 min manata çatıb.
Hesabat tarixinə şirkətin mənfəət vergisi öhdəliyi 75,8 min manat, səhmdarlardan alınmış borclar isə 185 min manat təşkil edib.
Kapital 2,8 dəfə artaraq 8,4 milyon manata yüksəlib
"AllAllFinance" ASC-nin cəmi kapitalı 2026-cı ilin iyunun sonunda 8 milyon 397,8 min manat təşkil edib.
Bu göstərici 2025-ci ilin eyni tarixindəki 2 milyon 949,7 min manatla müqayisədə 5 milyon 448,1 min manat və ya 184,7% çoxdur.
Kapitalın əsas hissəsini bölüşdürülməmiş mənfəət təşkil edir. Belə ki, şirkətin bölüşdürülməmiş mənfəəti 2025-ci ilin iyunun sonundakı 2 milyon 792,5 min manatdan 2026-cı ilin eyni tarixində 8 milyon 236,7 min manata yüksəlib.
Eyni dövrdə nizamnamə kapitalı 100 manatdan 4100 manata artırılıb. Əlavə ödənilmiş kapital isə dəyişməyərək 157 min 50 manat təşkil edib. Nəticədə şirkətin kapitalının ümumi aktivlərdə payı 2025-ci ilin iyunundakı 46,5%-dən 2026-cı ilin iyununda 62,6%-ə yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin sonunda "AllAllFinance" ASC-nin cəmi aktivləri 320,9 min manat, kapitalı isə mənfi 30,4 min manat təşkil edirdi.
2025-ci ilin sonunda şirkətin aktivləri 13 milyon manatı, kapitalı isə 5,7 milyon manatı ötüb. 2026-cı ilin birinci yarısının sonunda isə kapital 8,4 milyon manata çatıb.
XXX
Azərbaycanda problemli kredit portfellərinin alınması və borcların yığılması sahəsində fəaliyyət göstərən "AllAllFinance" 2025-ci ili 5 milyon 593 min 381 manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə fəaliyyətə başladığı tarixdən ilin sonunadək 30 min 518 manat zərər etmişdi. 2025-ci ildə şirkətin faiz gəlirləri 10 milyon 994 min manata, ümumi gəlirləri isə 11 milyon 60 min manata çatıb.
Həmin ilin sonunda şirkətin aktivləri 13 milyon 6 min 579 manat, öhdəlikləri 7 milyon 286 min 566 manat, cəmi kapitalı isə 5 milyon 720 min 13 manat təşkil edib.
2026-cı ilin birinci yarısında mənfəəti 14% artıb
Şirkətin 2026-cı ilin birinci yarısının audit olunmamış maliyyə hesabatlarına əsasən, xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 14% artaraq 3 milyon 218 min 464 manata çatıb. 2025-ci ilin ilk altı ayında bu göstərici 2 milyon 823 min 50 manat olmuşdu.
Hesabat dövründə faiz gəlirləri 5 milyon 235 min manatdan 6 milyon 227 min manata yüksəlib.
30 iyun 2026-cı il tarixinə şirkətin aktivləri 13 milyon 406 min 835 manat, öhdəlikləri 5 milyon 9 min 23 manat, cəmi kapitalı isə 8 milyon 397 min 812 manat təşkil edib.
Şirkətin satın aldığı problemli kredit portfelinin balans dəyəri 7 milyon 546 min 616 manata çatıb.

Banklar     Tarix: 23 oktyabr 2026

Oxşar xəbərlər

Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi

Sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan mikro sahibkarlar üçün yeni kredit kampaniyasına start verir. 20 dekabr 2026-cı il tarixinədə

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan

Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərini etibarlı şəkildə dəyərləndirmək, yüksək faiz gəliri əldə etmək və əlavə hədiyyə qazanmaq üçün yeni depozit kampaniyası təqdim edir. Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərin

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə keçilir. Ölkənin maliyyə bazarında bu mexanizmlərin fəaliyyətinə hüquqi şərait yaradılması məqsədilə normativ hüquqi akt layihələri hazırlanara

"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb

Birləşmə ərəfəsində olan "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bankdan ayrıldığını açıqlayıb. xəbər verir ki, o, qərarını bankın səhmdarlığında və strukturunda gözlənilə

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm"… Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


iqtisadi xeberler bank faizleri valyuta kurslari leobank kart bitcoin qiymeti