Almaniya prezidenti: "Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir"
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Avropanın birləşməli olduğunu bildirib.
O, bu barədə Paderborn şəhərində çıxışı zamanı deyib.
"Gənc nəsillər Soyuq Müharibənin qayıdışını böyük fəlakət hesab etməyə bilər, lakin yaşlılar hələ də belə bir vəziyyətin, xüsusən də Avropadakı insanlar üçün nə qədər kövrək və təhlükəli olduğunu xatırlayırlar. Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir. Biz özümüzün bölünməsinə icazə verə bilmərik", – deyə Almaniya prezidenti vurğulayıb.
O, həmçinin qeyd edib ki, avropalılar öz dəyərlərini müdafiə etməyə və həssas xərcləri nəzərə almağa hazır olsalar, ortaq mövqe mümkün ola bilər. Prezident əlavə edib ki, Avropanın buna hazır olub-olmaması yaxın həftələr və aylar üçün aktual olacaq.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?