Almaniya Ukraynaya artilleriya qurğuları verib
Almaniya Ukraynaya üç "Gepard" özüyeriyən zenit artilleriya silahını təhvil verib.
Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov deyib:
"Bu, Almaniyanın bizə vermək istədiyi silahların yalnız bir hissəsidir. Ümumilikdə biz 15 alman "Gepard"ı almalıyıq".
O həmçinin qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyi silah arsenalına müasir tankların, o cümlədən "Leopard" və "Abrams"ın daxil olması üçün dost ölkələrdə danışıqlar aparır.
O.Reznikovun sözlərinə görə, Ukrayna hərbçiləri ABŞ-dan alınan HIMARS raket sistemlərinin köməyi ilə Rusiyanın 50 sursat anbarını məhv edib: "Bu, Rusiyanın tədarük zəncirlərini kəsir və onları aktiv döyüş əməliyyatları aparmaq və Silahlı Qüvvələrimizi ağır artilleriya atəşinə tutmaq imkanından məhrum edir".
Qeyd edək ki, daha əvvəl ABŞ rəsmiləri Ukraynaya 300 kilometrlik məsafəni vura bilən raketlər verməyə hazır olmadığını bildirmişdi. Onlar belə bir addımın Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini söyləmişdilər.
Hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyanın mövqelərinə zərbələr endirmək üçün 80 km-ə qədər mənzilli raketlərdən istifadə edir.
ABŞ artıq Ukraynaya 12 HIMARS raketi verib. Bu həftə daha 4 belə raket sisteminin tədarükü planlaşdırılır. ABŞ və müttəfiqləri Ukraynaya 20-dən çox belə sistem vermək barədə öhdəlik götürüb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?