AMB Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır

AMB Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayırAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Məlumata görə, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.
Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və milli poçt operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və milli poçt operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.
Optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley-xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar AMB-nin aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.
Bakı şəhəri:
AMB-nin inzibati binası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27
Yevlax şəhəri:
AMB-nin Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82
Biləsuvar şəhəri:
Biləsuvar Regional Mərkəzinin inzibati binası, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B
Naxçıvan şəhəri:
Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32
Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə bağlı müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada AMB-yə ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə AMB-nin internet səhifəsində "Elektron xidmətlər portalı" vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, AMB-nin fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara AMB-nin "966 Qaynar Xətti" vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur.

Banklar     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları


iqtisadi xeberler birbank bitcoin dollar məzənnəsi depozit faizleri