Amerikanın investisiya fondu Britaniyanın süni intellekt tərtibatçısını 5.3 mlrd. dollara alır

Amerikanın investisiya fondu Britaniyanın süni intellekt tərtibatçısını 5.3 mlrd. dollara alırKibertəhlükəsizlik və süni intellekt sahəsində dünyanın ən böyük investorlarından biri olan "Thoma Bravo" şirkəti süni intellekt sahəsində inkişaflarla məşğul olan Böyük Britaniyanın "Darktrace" şirkətini almaq təklifi ilə çıxış edib.
"Thoma Bravo" Britaniya şirkətinin hər bir səhmi üçün 7.75 dollar ödəməyə hazırdır ki, bu da son üç ayda "Darktrace"in orta çəkili səhm qiymətindən 44% yüksəkdir. "Darktrace" rəhbərliyi təkliflə razılaşıb. Şirkətin biznesi 5.3 milyard dollar dəyərində qiymətləndirilir, əgər səhmdarlar səhmlərin ən azı 75%-ni satmağa razı olsalar, sövdələşmə həyata keçiriləcək.

2013-cü ildə qurulan və Kembricdə yerləşən "Darktrace", şirkətlərin İT şəbəkələrində kiberhücumları və zəiflikləri izləmək üçün süni intellektdən istifadə edir. Şirkətin San-Fransisko, London və Sinqapurda 2300-ə yaxın əməkdaşı işləyir. Hazırda "Darktrace" 110 ölkədə 9 mindən çox müştəriyə xidmət göstərir.
138 milyard dollarlıq aktivləri idarə edən "Thoma Bravo" "Darktrace"i "kiber texnologiya sahəsində ən qabaqcıl" şirkət hesab edir və razılaşma əldə olunarsa, qərargahını Böyük Britaniyada saxlamaq niyyətindədir. Bu, "Thoma Bravo"nun ilk Britaniya aktivi deyil: 2020-ci ildə onlar proqram tərtibatçısı "Sophos"u 3.9 milyard dollara satın alıblar. Alış təklifi dərc edildikdən sonra "Darktrace" səhmləri 18% bahalaşıb. / banker.az

Xəbərlər     Tarix: 29 aprel 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler bitkoin depozit faizleri bitkoin almaq kripto