Aqrar sektorun subsidiya oyunu - ŞƏRH

Aqrar sektorun subsidiya oyunu - ŞƏRHÖlkənin kənd təsərrüfatı sektorunda çatışmazlıqların olması barədə çox deyilib, çox danışılıb. Bu sahədəki problemlər hər dəfə açıqlananda ümidini torpağa bağlayan sadə insanlar yada düşür. Min bir əzab-əziyyətlə əkib becərdiklərinin bəhrəsini görə bilməyən torpağa bağlı adamlarının sonda ümid yeri isə dövlət orqanları olur. Dövlətin ayırdığı subsidiyalar kənd təsərrüfatının inkişafına hesablansa da, bəzən həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi müəyyən edilir.
Deməli, subsidiya sistemi düzgün qurulmayıb və dövlət vəsaiti ciddi şəkildə israf olunur. Elə Hesablama Palatasının yayımladığı bir məlumat da, bununla bağlı idi və ciddi nahatlıq yaradır.
Palata bu ilin fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalardan sonra bir sıra qanunsuzluqlar müəyyən edib. Muxtar Respublikanın kənd təsərrüfatı sahəsinin maliyyələşməsi 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri üçün nəzərdə tutulub. Aparılan yoxlamalardan sonra müəyyən edilib ki, subsidya üçün ayrılmış vəsaitin 57,2 % əsassız yerlərə xərclənib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Naxçıvanda aşkarlanan faktlar göstərir ki, subsidiya məsələsi ölkədə çox ciddi problemdir və fermerlər bu sahədən narazı qalmaqda haqlıdırlar. Hər il subsidiyaların həcmi artsa da, əldə olunan məhsulun həcmi ayrılmış vəsaitlərlərə uyğun gəlmir. Təkcə bu il ölkədə əkin sahələri 20% azalıb. Deməli kənd təsərrüfatında geriləmə var və subsidiyaların ayrılmasına yenidən baxılmalıdır. Amma aydın olan odur ki, subsidiyaların həcminin artması ölkədə məhsul bolluğuna yox, bəzi məmurların həyat şəraitinin daha da yüksəlməsinə şərait yaradacaq.
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 06 iyun 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler bitkoin qiymeti rubl mezenne leobank kart dollar kursu