Aqşin Mirzəzadə: "Etimad, məxfilik və müştərinin maliyyə rahatlığı "PASHA Private Banking" fəlsəfəsinin təməlində dayanır"

Aqşin Mirzəzadə: "PAŞA Bank"ın Özəl Bankçılıq blokunun baş direktoru Aqşin Mirzəzadə ilə müsahibə.
Aqşin bəy, "PASHA Private Banking" və onun fəlsəfəsinin təməlində hansı dəyərlər dayanır?
2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında xidmət göstərən ilk yerli "private banking" institutudur. Biz beynəlxalq təcrübəni mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq, müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edirik. "PASHA Private Banking" ilk dəfə "private banking" yanaşmasını Azərbaycanda tətbiq edib.
İllər ərzində böyüyən "PASHA Private Banking" bu gün müştərilər üçün "private banking" xidmətləri və əsas fəaliyyət sahəsi olan sərvətin idarə edilməsini təklif edir. Müştəri sərvətlərinin idarə olunmasında riski müştərinin risk iştahasına və məqsədlərinə uyğunlaşdırmaq və düzgün şəkildə idarə etmək,  eyni zamanda sərvətlərin potensialını reallaşdırmaq xüsusi yanaşma tələb edir.
Bir sözlə, "PASHA Private Banking" fəlsəfəsinin təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır. Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq, sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir.
"Private banking" və yerli bazarda geniş şəkildə təqdim olunan "VIP" bankçılıq  xidmətləri arasında əsas fərq nədir?
İlk öncə qeyd etmək istərdim ki, növbəsiz bankçılıq və şəxsi menecerin olması bu xidmətin "private banking" adlandırılması üçün kifayət deyil. "Private banking" – müştərilər ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir. Bu münasibət müştəriyə, onun ailə üzvlərinə sərgilənən fərdi yanaşma və müştəri yönümlülüyü ilə fərqlənir. Standart məhsullarla, amma VİP adı altında müştəri kütləsinə xidmət edən bankçılıqdan fərqli olaraq, "private banking" hər bir müştəri üçün fərdi həll yollarına diqqət yetirir.
Məsələn, "PASHA Private Banking" müştərilərə ölkədə ilk dəfə olaraq maliyyə konsultasiya və sərvətin idarə olunması xidmətləri, müvafiq risk iştahası üzrə investisiya strategiyasının həyata keçirilməsi və s. özəl xidmətlər təklif edib. Hər bir müştəri onlara verilən  xüsusi imtiyazlardan faydalana bilir.
Beləliklə, "PASHA Private Banking" olaraq əsas prioritetimiz güclü və uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri təqdim etməkdir.
"PASHA Private Banking" yeni eksklüziv ödəniş kartlarını dövriyyəyə buraxıb. Bu kartlar maliyyə bazarında təklif olunan digər kartlardan nə ilə fərqlənir?
Yeniliklər sahəsində həmişə öndə olan "PASHA Private Banking" öz müştəriləri üçün bu günlərdə xüsusi ödəniş kartlarını – "Horizon" və "Heritage" kartlarını təqdim etdi.
Kartların "Horizon" və "Heritge" adlandırılmasında ilham mənbəyimiz müştərilərimiz qarşısındakı yeni perspektivləri, açılan yeni üfüqləri birgə kəşf etməkdir. Həmçinin əsas əzmimiz qazanılan sərvəti qoruyub növbəti nəsillərə miras olaraq çatdırmaqdır.
Bu kartlara sahiblik eksklüziv yanaşma, fərqli dəyər və premium bank xidmətləri deməkdir.
Müştəri məmnuniyyətini təmin etmək üçün "PASHA Private Banking" indiyə qədər hansı mühüm işlər görüb?
Ötən il açılışı olan yeni ofisimiz ənənəvi bankçılığı üstün tutan müştərilərimiz üçün atdığımız mühüm addımlardan biridir. Xüsusilə, söhbət aktivlərin və sərvətin idarə olunmasından getdikdə, hər bir məhsul və bank həllinə individual yanaşma tələb olunduqda, müştərilər real mütəxəssislərlə ünsiyyətdə olmağı üstün tuturlar. Ofis yüksək keyfiyyətli, təhlükəsiz və konfidensial xidmətin təmin olunması üçün bütün şəraitlə təchiz olunmuşdur.
Ənənəvilik vacib olsa da, dünya dəyişir və inkişaf edir. Texnologiyalar, nəsillər yenilənir və biz müştərilərimizin rahatlığını maksimal şəkildə saxlamaq üçün bu texnologiyalardan geri qalmırıq. Məqsədimiz sadəcə mobil tətbiq yaratmaq deyil, "private bankıng" üçün rəqəmsal filial qurmaqdır. "PASHA Private Banking" yuxarıda sadaladığım xidmətləri ən yüksək səviyyədə davam etdirir. Xidmətlərin rəqəmsallaşdırılmasına böyük diqqət ayrılır və mobil tətbiqdə bu yöndə ciddi işlər görülüb.
Fəaliyyətimiz bir sıra nüfuzlu beynəlxalq mükafatlarla, o cümlədən "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" mükafatları ilə təltif edilib. Bu mükafatların alınmasında müştərilərin illər ərzində "PASHA Private Banking"ə göstərdiyi etimadın rolu böyükdür.
"PASHA Private Banking" üçün əsas strategiya – müştəri məmnuniyyətidir. Qeyd etdiklərimi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, dəyərli müştərilərimiz "PASHA Private Banking"in verdiyi imtiyaz və fürsətləri dəyərləndirib, onlara göstərilən yüksək səviyyəli xidmətdən məmnun qalacaqlar.
Təşəkkür edirik! / banker.az

Banklar     Tarix: 12 fevral 2024

Oxşar xəbərlər

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

11-12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru "PAŞA Həyat" olub

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"


iqtisadi xeberler online pul qazanmaq bitcoin qiymeti dollarin kursu bu gun dollar məzənnəsi