Avropa çempionu dörd illik CƏZALANDIRILDI
Azərbaycanın yeniyetmə və gənclər arasında Avropa çempionu, yunan-Roma güləşçisi Zaur Əliyev dopinqə görə cəzalandırılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi qərar qəbul edib.
Əliyev 2 antidopinq qayda pozuntusuna yol verib.
"İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu" və "İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi" qayda pozuntularına görə, güləşçi 4 illik cəzalandırılıb. Stimullaşdırıcı maddələr olan metamfetamin və amfetamindən istifadə və ya ona cəhdə görə ona 26 yanvardan hesablanmağa başlayan sanksiya verilib. Cəza müddəti 2026-cı ilin yanvarın 26-da başa çatacaq.
Həmçinin, apreldə keçirilmiş U-20 Azərbaycan çempionatının gümüş medalçısı, sərbəst güləşçi İsmayıl Cabbarlı (97 kq) da dopinqdən istifadəyə görə 2 illik cəzalandırılıb. Onun cəzası 25 apreldən hesablanmağa başlayıb.
Qeyd edək ki, Zaur Əliyev U-17 və U-23-lər arasında Avropa çempionu olub, 4 dəfə aşağı yaşlılar arasında dünya çempionatlarının mükafatlarını qazanıb.//Report

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?