Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaltdı

Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaltdıAvropa Mərkəzi Bankı (AMB, ECB) inflyasiyanın yavaşlaması və iqtisadi artımın düşməsi səbəbindən faiz dərəcələrini yenidən endirib.
Marja.az xəbər verir ki, Bank depozit faizini 0,25 faiz bəndi də azaladaraq 3,75 faizdən 3,50 faizə endirib.
Həmçinin yenidən maliyyələşdirmə dərəcəsi və marjinal maliyyələşdirmə imkanı 0,60 faiz bəndi azaldılaraq müvafiq olaraq 3,65 faizə və 3,90 faizə endirilib.
Beləliklə, depozit faizi ilə yenidən maliyyələşdirmə faizi arasındakı fərq 0,50 faiz bəndindən 0,15 faiz bəndinə endirilib. Depozit faizi ilə marjinal maliyyələşdirmə faizi arasındakı fərq isə 0,25 faiz bəndində sabit qalıb.
"İdarə Heyəti inflyasiya proqnozuna, inflyasiyanın əsas dinamikasına və pul siyasəti qərarlarının ötürülməsinin gücünə dair yenilənmiş qiymətləndirmələrə əsaslanaraq faiz dərəcəsinin yumşaldılması üçün növbəti addımın atılması məqsədəuyğun hesab etmişdir", - Bankı press-relizində deyilir. 
İqtisadi proqnozlar da açıqlanıb
Bankın iqtisadi proqnozları da açıqlanıb. Müvafiq olaraq, Avropa Mərkəzi Bankı inflyasiyanın 2024-cü ildə 2,5 faiz, 2025-ci ildə 2,2 faiz, 2026-cı ildə isə 1,9 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu proqnozlar iyun ayında verilən proqnozlarla eyni səviyyədədirlər.
Gələn ilin ikinci yarısında inflyasiyanın hədəfə doğru enməsinin gözlənildiyi, xidmət inflyasiyasının gözləniləndən yüksək olması səbəbindən 2024 və 2025-ci il üçün baza inflyasiya proqnozlarının bir qədər yuxarıya doğru yenidən nəzərdən keçirildiyi qeyd edilib. 
Bank 2024-cü il üçün Avro Bölgəsi üzrə iqtisadi artım proqnozunu 0,8 faiz olaraq açıqlayıb, 2025-ci il üçün proqnozunu 1,3 faizə, 2026-cı il üçün 1,5 faizə endirib.
ECB İyun ayında da faiz dərəcələrini 0,25 faiz bəndi azaltmışdı.
ECB 2024-cü il üçün iqtisadi artım proqnozunu "növbəti bir neçə rüb ərzində daxili tələbin daha zəif töhfəsini" əsas gətirərək, əvvəlki 0.9% proqnozundan bir qədər azaldaraq 0.8%-ə endirdib.
Bir çox bazar iştirakçıları üçün əsas sual ECB-nin sentyabr ayında faiz dərəcələrini endirib-endirməyəcəyi deyil, mərkəzi bankın bundan sonra nə edəcəyinə dair hər hansı ipucu verib-verməyəcəyi idi.
ECB-nin İdarə Heyəti, məlumatlardan asılı olaraq qərar qəbul edəcəklərini bir daha təkrarlayıblar.
İqtisadçılar, ECB-nin oktyabrın 17-də faiz endiriminə fasilə verib-verməyəcəyi ilə bağlı fikir ayrılığına düşüblər.

Maliyyə     Tarix: 12 sentyabr 2024

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler dollar manat kursu depozit faizleri en son xeberler leobank kart