Aydınlıq illüziyası: həqiqətən nəyisə anlayıb-anlamadığını necə yoxlamaq olar

Aydınlıq illüziyası: həqiqətən nəyisə anlayıb-anlamadığını necə yoxlamaq olarNess Labs-ın qurucusu Enn-Lora Le Kanf öz biliklərimizlə bağlı təsəvvürlərə meydan oxumağı təklif edir.
Məndən Ness Labs-ı niyə yaratdığımı soruşanda həmişə etiraf edirəm ki, başlanğıcda bunun arxasında bir qədər eqoist səbəblər dayanırdı. O vaxt neyrobiologiya üzrə tələbə idim və "generasiya effekti" adlanan anlayışla tanış olmuşdum. Bu, belə bir psixoloji fenomendir: insan hər hansı bir şeyin öz versiyasını yaradanda, onu daha yaxşı anlayır və daha yaxşı yadda saxlayır.
Buna görə özüm üçün bir eksperiment aparmağa qərar verdim: 100 iş günü ərzində 100 qısa məqalə yazmaq. Məqsədim araşdırmalara əsaslanaraq neyrobiologiyadakı bir anlayışı insanların gündəlik həyatda tətbiq edə biləcəyi praktik bir şeyə çevirmək idi.
Amma gözlənilməz bir şey baş verdi. Hər dəfə hansısa konsepsiyanı izah etməli olanda — həm də doğrudan da izah etməli olanda, yəni addım-addım, sadə dillə  bir maneəyə dəyirdim. Mənim bilik hesab etdiyim şey, onu öz sözlərimlə ifadə etməli olanda sadə sınaqdan keçmirdi.
Bu məşq məni mənim "aydınlıq illüziyası" adlandırdığım bir şeylə üz-üzə qoydu: insanın nəyisə başa düşdüyünə əmin olması, halbuki əslində onun bilgisində özünün də fərqinə varmadığı boşluqların olması.
Və bu aydınlıq illüziyasına qapılan təkcə mən deyiləm. Bir araşdırmada psixoloqlar iştirakçılardan tikiş maşını, zəncirbənd və ya mobil telefon kimi gündəlik cihazların necə işlədiyini nə dərəcədə yaxşı başa düşdüklərini qiymətləndirmələrini istəyiblər. Sonra isə onlardan həmin cihazlarla bağlı detallı izah yazmaları tələb olunub. İzah etməyə çalışdıqdan sonra iştirakçıların öz biliklərinə verdikləri qiymət kəskin şəkildə düşüb. Sadəcə izah etmə cəhdi insanların əslində nə qədər az bildiyini üzə çıxarıb.
Bəs bu niyə baş verir? Aydınlıq illüziyasını yaşamağımızın üç əsas səbəbi var.
Biz səthi zehni modellərə güvənirik
Biz adətən yaddaşımızda əşyaların necə işlədiyinə dair yalnız ümumi təsəvvür saxlayırıq. Məsələn, zəncirbəndin nə işə yaradığını bilirik, amma onun necə işlədiyini bilmirik. Problem ondadır ki, bu səthi model biz onu həqiqi şəkildə izah etməyə çalışana qədər tam görünür. Elə buna görə "bunu detallı izah edin" kimi sadə bir tapşırıq real anlayışı yoxlamaq üçün bu qədər güclü vasitədir. Siz bunu etməyə çalışan kimi bilikdəki boşluqlar aydın görünməyə başlayır.
Biz tanışlığı anlayışla səhv salırıq
Siz həyatda hər gün tualetdən istifadə edirsiniz. Onu göz önünə gətirə bilirsiniz. Hissələrini tanıyırsınız. Bu dərəcədə vərdiş halına gəlməsi sizdə onun necə işlədiyini anladığınız hissini yaradır. Amma suyun necə axıdıldığını addım-addım izah etməyə çalışın — dərhal görəcəksiniz ki, vərdiş ilə anlamaq eyni şey deyil.
Bu, psixologiyada yaxşı öyrənilmiş bir hadisənin nümunəsidir. Buna "informasiya emalının axıcılığı" deyilir. Yəni insan informasiyanı emal edərkən subyektiv olaraq bir rahatlıq hiss edir. Nəsə asan qavranılanda, beyin bu asanlığı onun başa düşüldüyünə dair siqnal kimi qəbul edir.
Burada əsas səbəblərdən biri təkrardır. Eyni anlayışı dəfələrlə eşidəndə və ya oxuyanda, o sizə daha tanış gəlir və bu tanışlıq anlama kimi qəbul olunur. Bizə nəsə tanış görünəndə, səthi şəkildə toxunmuş olsaq belə, elə hesab edirik ki, onu artıq mənimsəmişik.
Biz bilikləri ətraf mühitə autsors edirik
Başqa bir problem də ondadır ki, biz nəyi həqiqətən bildiyimizlə nəyə çıxışımız olduğunu bir-birinə qarışdırırıq. Araşdırmalar göstərir ki, insanlar gələcəkdə hansısa informasiyaya çıxış əldə edəcəklərini gözləyəndə, həmin informasiyanın özünü yox, onu harada tapmağı yadda saxlayırlar. Bu, "Google effekti" kimi tanınır. Bəlkə də buna artıq "ChatGPT effekti" demək daha uyğun olardı.
Bizim özümüzün bildiyi şeylərlə xarici yaddaş sistemlərinə müraciət etməklə bildiyimiz şeylər arasındakı sərhədlər bulanıqlaşır və anlayışımızla bağlı təsəvvürümüz təhrif olunur. Kənar məlumatlara çıxış nə qədər asan olursa, əslində həmin biliklərin daxilimizdə olmadığını görmək bir o qədər çətinləşir.
Aydınlıq illüziyası məhz buna görə yaranır: biz yalnız səthi bildiyimiz mövzularda böyük əminliklə məsləhətlər veririk, əslində detallı şəkildə izah edə bilmədiyimiz planlara öhdəlik götürürük və komandalar heç kimin aydın ifadə edə bilmədiyi strategiyalar üzərində razılaşırlar.
Yaxşı xəbər odur ki, bu illüziyanı dağıtmaq təəccüblü dərəcədə asandır. Sadəcə vəziyyəti izah etməyə çalışmaq kifayətdir. Bunu necə etmək olar:
1-ci addım: Elə bir anlayış seçin ki, sizə elə gəlir onu yaxşı başa düşürsünüz. Bu, işinizlə bağlı nəsə, tez-tez danışdığınız bir mövzu, istifadə etdiyiniz bir alət və ya müdafiə etdiyiniz bir fikir ola bilər.
2-ci addım: Heç bir mənbəyə baxmadan onu addım-addım izah edin. Yazın və ya ucadan danışın, sanki bunu bu mövzudan heç nə bilməyən birinə öyrədirsiniz. "Onsuz da aydındır" dediyiniz yerləri ötürməyin. Səbəb-nəticə zəncirini əvvəldən sona qədər izləyin.
3-cü addım: Harada ilişdiyinizə diqqət edin. İzahınızın hansı yerdə bulanıqlaşdığını, harada "təxminən belə işləyir…" və ya "nəsə şəkildə sadəcə…" kimi ifadələrdən istifadə etdiyinizi, yaxud "necə"ni izah etmək əvəzinə sadəcə "nə"ni təkrar etdiyinizi görün. Məhz həmin boşluqlar illüziyanı dağıdır.
Üçüncü addımdakı narahatlıq hissi alacağınız ən dəyərli siqnaldır. Çünki o, sizin həqiqi anlayışınızın harada bitdiyini və aydınlıq illüziyasının harada başladığını dəqiq göstərir.
Aydınlıq illüziyası ilə üzləşmək həmişə xoş olmur. Xüsusən də anlayanda ki, bildiyini düşündüyün, bəlkə başqalarına da öyrətdiyin və ya qərarlarını üzərində qurduğun şey əslində real anlayışa yox, bulanıq fərziyyələrə söykənirmiş.
Amma mən belə nəticəyə gəlmişəm ki, bu narahatlıq hissi intellektual əmək adamları üçün mövcud olan ən məhsuldar hisslərdən biridir. Hər dəfə yazmaq üçün masa arxasına oturanda və düşündüyüm biliklə əslində izah edə bildiyim şey arasındakı bu fərqlə üzləşəndə anlayıram ki, mən doğrudan da öyrənirəm. / banker.az

Maraqlı     Tarix: 30 aprel 2026

Oxşar xəbərlər

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri

Bəzən hətta adət etdiyimiz gündəlik işlər belə həddindən artıq ağır görünür. Divandan qalxmaq, mesajlara cavab vermək və ya ev işləri ilə məşğul olmaq istəyi olmur. İnsan özünü fəaliyyətsizliyə görə qınayır, toparlanmağ

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun rubl mezenne bitkoin