Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı®Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxanov Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb.
Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda birləşdirir.
Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri, kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.
Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal transformasiyanın mühüm yer tutduğunu vurğulayıb:"Rabitəbank olaraq inkişaf strategiyamızda müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas götürürük. "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.
Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq, tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha rahat və əlçatan hissəsinə çevirməkdir".
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, "Bakıxanov Mall" ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də xidmət edəcək.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdıRabitəbank 32-ci filialını Bakıxanovda açdı/ banker.az

Banklar     Tarix: 18 sentyabr 2026

Oxşar xəbərlər

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto