"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb.
Marja.az xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics) məktəbinin rəsmi açılışı keçirilib.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onlayn formatda iştirak ediblər. Məktəblər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib.
Yeni təhsil müəssisələri elm, texnologiya, mühəndislik və riyaziyyat istiqamətlərinin inteqrasiyasına əsaslanan tədris modelini tətbiq edəcək. Bu yanaşma şagirdlərdə nəzəri biliklərlə yanaşı, texnoloji bacarıqların, yaradıcı düşüncənin və praktiki problem həll etmə qabiliyyətinin inkişaf etdirilməsini nəzərdə tutur.
"Landau Education Group"un Özbəkistanda fəaliyyətə başlaması Azərbaycan özəl təhsil sektorunun xarici bazara çıxışı və yerli təhsil modelinin ixracı baxımından diqqətçəkən addımdır. Layihə şirkətin fəaliyyət coğrafiyasını genişləndirməklə yanaşı, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın güclənməsinə xidmət edəcək.
"Landau School" Azərbaycanda məktəbəqədər təhsil, ümumi təhsil və yuxarı siniflər üçün hazırlıq proqramları təqdim edir. Məktəbin tədris modelində riyaziyyat və təbiət elmləri, robototexnika, süni intellekt, proqramlaşdırma, 3D dizayn və çap texnologiyaları xüsusi yer tutur. Təhsil müəssisəsi Cambridge proqramı üzrə də tədris imkanları təklif edir.

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb
AFB Bank-dan sahibkarlara "İndi al, gələn il ödə!" fürsəti
Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək
İnvestisiyanın necə cəlb etmək olar?
Elon Musk kimdir?
Onlayn biznes ideyaları
İban nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv