AYIB Rəhbəri: "Azad olunmuş ərazilərə yatırımlara minalardan təmizləndikdən sonra baxa bilərik" - MÜSAHİBƏ

AYIB Rəhbəri: Xəbər verildiyi kimi, sentyabrın 11-13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Renaud-Basson Azərbaycana səfər edəcək. 
AYİB prezidenti Azərbaycana səfər edəcək - TƏDBİRLƏR AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı müxtəlif layihələr üzrə Azərbaycanın uzunmüddətli tərəfdaşı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odile Renaud-Bassonun Azərbaycana səfər öncəsi müsahibəsini APA-ya istinadən təqdim edir:
- Rusiya-Ukrayna münaqişəsi AYİB-in planlarına necə təsir edib? Yəni, müharibədən əvvəlki investisiya planlarınızla indiki planlarınız arasında hər hansı dəyişiklik varmı? Müharibənin təsirinə görə AYİB Ukrayna ilə yanaşı Şərqi Avropa və ümumilikdə Cənubi Qafqazla bağlı uzunmüddətli planlarında hər hansı düzəlişlər edibmi və bu düzəlişlər nədən ibarətdir?
- Biz Ukraynanı və onun real iqtisadiyyatını ölkənin ən çox ehtiyac duyduğu anda, burada və indi dəstəkləyirik. İndi həm də bu fəlakətli müharibənin ardınca gələcək yenidənqurma və bərpaya hazırlaşmağın vaxtıdır. Ancaq hazırkı münaqişənin daha bir neçə ay və bəlkə də daha uzun sürməsinə hazır olmalıyıq. Biz Ukrayna və böhrandan təsirlənən ölkələr üçün dayanıqlığı təmin etmək üçün fəaliyyət proqramımızı işə salmışıq. Donorlar və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bu il Ukraynaya 1 milyard avroluq yatırım etməyi planlaşdırmışıq.
Lakin müharibə bizim Şərqi Avropa və Qafqazla bağlı öhdəliyimizi dəyişməyib, biz inanırıq ki, ticarət markası olan investisiya modelimiz siyasət və texniki əməkdaşlıqla birləşərək regionda real dəyişiklikləri davam etdirə bilər. 2000-ci illərin əvvəlində baş verən maliyyə böhranı zamanı, koronavirus pandemiyası baş verən zaman da bizim performansımız eyni idi. Biz eyni zamanda müharibəyə Ukrayna və münaqişənin təsirinə məruz qalan digər ölkələrə böyük dəstək proqramı ilə cavab verə bilmişik. Bu da təbii ki, səhmdarlarımızla əldə etdiyimiz anlaşma və yerlərdə müştərilərimiz və tərəfdaşlarımızla sıx əlaqələrimiz sayəsində mümkün olub.
Eyni zamanda, biz də biznesik və artan qiymətlərin və xüsusilə iqtisadi xərclərin öz əməliyyatlarımıza təsirini hiss edirik. Və onların təsirini azaltmaq üçün əlimizdən gələni edirik.
Düzdür, Qafqazda iqtisadi artım gözlənilməz qısamüddətli amillər, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi, Rusiyadan daha çox xalis pul köçürmələri axını və turizmdən əldə edilən gəlirlərin gözləniləndən yüksək olması nəticəsində yüksək olub. Lakin biz yerli maliyyə institutlarını, kiçik və orta sahibkarları, davamlı infrastrukturu və bərpa olunan enerjiyə investisiyaları dəstəkləməklə bu iqtisadiyyatların orta və uzunmüddətli dayanıqlığının təmin edilməsinə diqqət yetirməkdə davam edəcəyik.
- AYİB-in Azərbaycandakı portfelinə nəzər salsaq, son rəqəmlər Bankın dayanıqlı infrastruktur investisiyalarına daha çox diqqət ayırdığını göstərir (ümumi portfelin 89%-i və ya 748 milyon dolları bu sahəyə aiddir). Mövcud geosiyasi və geoiqtisadi vəziyyət Azərbaycandan keçən Orta Dəhlizin inkişaf etdirilməsi zərurətini ortaya qoyub. Bu, AYİB-in Azərbaycana və Cənubi Qafqaza investisiyalarını necə formalaşdıracaq? AYİB bu dəhlizin inkişafına tam olaraq necə dəstək verməyi planlaşdırır?
- Biz görürük ki, beynəlxalq daşıyıcılar getdikcə öz tranzit marşrutlarını şaxələndirməyə çalışırlar, Orta Dəhliz vasitəsilə daşımalara tələbat əhəmiyyətli dərəcədə artır. AYİB Mərkəzi Asiyanı Qafqazla əlaqələndirməkdə iştirak edən özəl və ya suveren müştərilərini fəal şəkildə dəstəkləyir. İstər Bakı yaxınlığındakı anbar, istər Gürcüstanda liman infrastrukturu, istərsə də Qazaxıstanda dəmir yolları.
Bu yaxınlarda AYİB ölkənin tranzit imkanlarını artırmaq üçün Azərbaycanda 5 min tonluq anbarı maliyyələşdirib. Xəzərin o biri tərəfində, Bank bu yaxınlarda Qazaxıstan dəmir yollarına, o cümlədən dəmir yolu yükdaşıma marşrutlarının modernləşdirilməsinə 100 milyon ABŞ dollarına qədər sərmayə qoymağı öhdəsinə götürdü. Hazırda biz Aİ-nin Flaqman Təşəbbüsləri çərçivəsində Azərbaycanın liman infrastrukturunu inkişaf etdirmək imkanlarını araşdırırıq.
- Rusiya-Ukrayna müharibəsinin yaratdığı əsas çətinliklər enerji və ərzaq böhranıdır. AYİB ortaya çıxan bu çətinliyin aradan qaldırılması istiqamətində hansı yatırımlar etməyi planlaşdırır? Sualın davamı olaraq qeyd etmək istərdim ki, bir sıra ölkələr kimi Azərbaycan da buğda istehlakında idxaldan daha çox asılıdır. Bu asılılığın aradan qaldırılmasında və Azərbaycanda kənd təsərrüfatının inkişafında AYİB-in rolu nədən ibarət ola bilər?
- Azərbaycan yüksək məhsul çeşidliliyi sayəsində güclü aqrobiznes potensialına malikdir. Lakin uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışda çətinliklər, xüsusən də ucqar ərazilərdə olan və ya daşınmaz əmlak girovu olmayan təsərrüfatların maliyyə çıxışında problemlər sektorun inkişafına mane olur. Regional buğda idxalçıları, o cümlədən Azərbaycan, ölkədə buğda istehsalını və idxalın diversifikasiyasını yaxşılaşdırmaqla Rusiya-Ukrayna müharibənin yaratdığı yeni reallıqlara uyğunlaşmalı olacaqlar.
AYİB Azərbaycanın kənd təsərrüfatı sektoruna xüsusi diqqət yetirir. Bank ölkədə müxtəlif aqrobiznes sahələrinə maliyyə vəsaiti ayırıb. Onların maliyyəyə çıxış imkanlarını gücləndirmək üçün biz Frankfurt Maliyyə və İdarəetmə Məktəbi ilə əməkdaşlıq etmişik və Aİ-nin dəstəyi ilə bütün kommersiya məqsədli məhsulları əhatə edən və kreditorlara riski qiymətləndirməyə kömək edən Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemini (AzALES) işləyib hazırlamışıq. Bu da hesab edirəm ki, fərdi təsərrüfatların maliyyəyə daha asan və sürətli çıxışını asanlaşdırmağa yardım edəcək.
Ümumilikdə, biz Azərbaycanın kənd təsərrüfatı sektoruna maliyyə və texniki dəstəyimizi davam etdirməyə hazırıq.
- AYİB-in əsas hədəflərindən biri ətraf mühitin qorunması və təmiz enerjiyə keçidi sürətləndirməkdir. Bilirik ki, Bank bu istiqamətdə Azərbaycanda da layihələr icra edir. "Yaşıl şəhər" layihəsi pilot olaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə həyata keçirilir. AYİB bu layihələrlə bağlı başqa hansı regionlara investiya etməyi planlaşdırır?
- Gələn həftə səfərim zamanı mən Gəncənin küçə işıqlandırma infrastrukturunun yaxşılaşdırılmasına dair saziş imzalayacağam. Məncə, bu, 300 mindən çox Gəncə sakini üçün enerji səmərəliliyində əhəmiyyətli artım, eyni zamanda daha təhlükəsiz yol və daha yüksək təhlükəsizlik hissi deməkdir. Bundan əvvəl isə Gəncənin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına yatırım etmişdik.
Biz həqiqətən ümid edirik ki, bu, Azərbaycanın yaşıl infrastrukturuna qoyulan çoxsaylı investisiyalardan biri olacaq. Digər bölgələrə gəlincə, biz investisiya imkanlarını layihə əsasında qiymətləndirəcəyik.
- Sizcə, Azərbaycanda bərpa olunan enerji sahəsində perspektivlər nədən ibarətdir və bu sahədə hansı problemlər var?
- Azərbaycan üçün ölkə daxilində yanacaq qiymətlərinin artması bərpa olunan enerji mənbələrinin nisbi cəlbediciliyini artırıb. Biz investisiya siyasətimiz vasitəsilə bərpa olunan enerjidən istifadə edən özəl sektorun qarşısında duran maneələri aradan qaldırırıq.
Bu yaxınlarda biz Qaradağda ilk özəl, kommunal miqyaslı günəş elektrik stansiyasına 21,4 milyon avro sərmayə qoymuşuq. Biz həmçinin Abşeron yarımadasında ilk belə külək elektrik stansiyasına investisiya etməyə hazırıq.
Eyni zamanda Energetika Nazirliyinə enerji tənzimləyicisi və bərpa olunan enerji hərracları daxil olmaqla bərpa olunan enerji çərçivəsinin işlənib hazırlanmasında və şəbəkənin gücləndirilməsi ilə bağlı araşdırma aparmağa kömək etmişik. Biz indi Azərbaycanda bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün ilkin şərt olan şəbəkənin təkmilləşdirilməsinə sərmayə qoymağa hazırıq.
-Təmiz enerjidən söz düşmüşkən, Azərbaycanda əsas problemlərdən biri yüksək karbon emissiyası yaradan köhnə avtomobil parkının olmasıdır. AYİB-in Azərbaycanda və regionda yanacaqla işləyən avtomobilləri elektrik avtomobilləri ilə əvəz etmək və bu infrastrukturu inkişaf etdirməyə yatırım etmək planları varmı?
- Fəaliyyət göstərdiyimiz ölkələr üzrə elektrik avtobusları da daxil olmaqla, daha yaşıl bələdiyyə nəqliyyatına doğru təkmilləşdirməni maliyyələşdirmək təcrübəmiz var. Hesab edirəm ki, bunu potensial olaraq Azərbaycanda da etmək olar.
- Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə regionda yeni reallıqlar yaranıb. Ermənistan və Azərbaycan sülhə yaxınlaşıb. AYİB hansısa formada iki ölkə arasında iqtisadi əlaqələrin qurulmasına, xüsusən də nəqliyyat əlaqələrinin güclənməsinə dəstək verə bilərmi? AYİB-in bununla bağlı yanaşması necədir?
- Sülhün qorunması çox vacibdir. Biz bütün tərəfləri fikir ayrılıqlarını sülh yolu ilə və beynəlxalq normalara uyğun həll etməyə çağırırıq. Bu, hamının mənafeyinə uyğun olardı. Nəqliyyat əlaqələri Azərbaycan və Ermənistan arasında müzakirə edilməli olan məsələdir və həll edildikdən sonra müvafiq infrastruktur problemlərinin həllində hər iki tərəfə dəstək verməyi nəzərdən keçirə bilərik.
- Azərbaycan artıq Qarabağda yeni yaşayış məntəqələrinin salınmasına və bərpa prosesinə başlayıb. Bununla da əhalinin yerləşdirilməsi və iqtisadi fəallığın artırılması nəzərdə tutulur. AYİB orada məskunlaşacaq əhalinin məşğulluğuna, biznesin inkişafına hansısa formada dəstək verə bilərmi?
- Biz beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək layihə yanaşması ilə layihə tətbiq etməliyik. Biz başa düşürük ki, ərazilərin minalardan təmizlənməsi hələ də davam edir. Yəni, təhlükəsizlik tam təmin edilməlidir. Daha sonra AYİB bu baxımdan yatırım imkanılarını nəzərdən keçirə bilər.

İnvestisiya     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

"Əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr qorunacaq"

Azərbaycan investisiya üçün sabit və etibarlı məkandır. Azərbaycan Avropa banklarından ala bilmədiyi pulu – ƏRƏBLƏRDƏN ALACAQ – İMZALANMA. xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbayca

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır"

MFX-Trading investisiya şirkətində Tural Bayramovun - VƏZİFƏSİ AŞAĞI SALINDI

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tərk edib. Azərbaycan Biznesinin İnkişafı Fonduna sədr təyin edilib. xəbər verir ki, Tural Bayramov "MFX-Trading İnvestisiya Şirkəti"ni

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb - YENİLƏNİB

22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinc

Azərbaycan iqtisadiyyatına yatırımlar bir qədər azalıb - RƏQƏMLƏR

2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib. Orta aylıq əməkhaqqı 1 100 manata yaxınlaşıb

Azərbaycan indiyədək Qazaxıstana - 225 MİLYON DOLLAR YATIRIB

"Bu günə qədər ölkədə Qazaxıstan kapitalının iştirakı ilə 250-yə yaxın kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya iqliminə yüksək etimad səviyyəsini təsdiqləyir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməs

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək. xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqa

"İtaliyada iki külək layihəsi inkişaf etdiririk"

Türkiyənin IC Enterra Renewable Energy (Yenilənəbilən)şirkəti ilin birinci yarısında bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını 12,6 faiz artırıb. xəbər verir ki, şirkət təxminən 500 MVt quraşdırılmış gücü ola

Tramp: "Bir il ərzində 18 trilyon dollar investisiya cəlb etmişəm"

ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk ili ərzində ABŞ-a təxminən 18 trilyon dollar həcmində investisiya cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bu göstərici sələfi Co Baydenin əldə etdiyi məbləğdən 18 dəfə çoxdur


iqtisadi xeberler dollar mezenne bitcoin qiymeti kripto 1000 manatla biznes