AZAL yeni təyyarələr alacaq - FOTO
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli "Airbus A320Neo" və geniş gövdəli "Boeing 787-8 Dreamliner" təyyarələri ilə yeniləyəcək.
KONKRET.azbu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bu günə kimi aviaşirkət üç "Airbus A320Neo" təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.
"Airbus A320Neo" uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. "Airbus A320Neo" həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.
AZAL-ın donanmasını müasir 186 ekonom sinif oturacaqlı "Airbus A320Neo" təyyarələri ilə genişləndirməsi aviaşirkətin beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq
Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar
Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd