Azər Türk Bank 2024-cü ilin birinci rübünü uğurla başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 60%-dək artaraq, 1,5 milyard manat səviyyəsində olmuşdur.
Bu Bankın yaydığı press-relizdə bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, Bankın kredit portfelinin həcmi 674,5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 83% çoxdur.
Cari ilin birinci rübü ərzində Bankın gəlirləri 31,6 milyon manat, xərcləri 23,6 milyon manat olmuşdur.
2024-cü ilin ilk üç ayında Azər Türk Bank 7,9 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 30% artaraq, 86,6 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 1,4 milyard manat səviyyəsindədir.
Bankın depozit portfeli böyüyərək, 912 milyon manat təşkil etmişdir.
Əhali tərəfindən Banka 220,6 milyon manat məbləğində əmanət qoyulmuşdur.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,9%, kapitalın gəlirlilik əmsalı (ROE) 27% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
"Freelance" nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Françayzinq nədir və necə olur?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt