Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir
®Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə müştərilər üçün sərfəli kampaniyanın 02 dekabr 2024-cü il tarixindən etibarən daha iki ay müddətinə uzadılması ilə bağlı qərar verib.
Kampaniya ərzində fiziki şəxslər illik faiz dərəcəsi 11% olmaqla 12 ayadək müddətə kredit əldə edə biləcəklər.
Eləcə də müştərilərə illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kredit təklif edilir. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.
Bundan başqa Bank illik 14%-lə 36 aylıq və illik 15%-lə 48 aylıq kreditlər verir.
Qeyd edək ki, zaminsiz kreditin maksimal məbləği 35 000 manatdan 40 000 manata qaldırılmışdır. Beləliklə, indi hər bir fiziki şəxs, özünün rəsmi gəlirinə uyğun olaraq, zaminsiz 40 000 manat məbləğində kredit ala bilər.
Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.
Kampaniya 2025-ci il 31 yanvar daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Digital Card nədir?
Marketinq nə demədir?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt