Azər Türk Bank kəskin böyüyüb, xalis mənfəəti dəfələrlə artıb
Azər Türk Bank ötən ili uğurla başa vurub.
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki, dövlət bankı Azər Türk Bankın 01 yanvar 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% artaraq, 965,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 316 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 95% yüksəlməklə 69,2 milyon manat, xərclər 58,1 milyon manat olmuşdur.
2022-ci ildə Azər Türk Bank 11 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur. Qeyd edək ki, 1995-ci ildə təməli qoyulmuş Azər Türk Bank özünün fəaliyyəti dövründə ilk dəfədir ki, bu həcmdə xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 23% artaraq, 63,2 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 155% artımla 896 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka ötən ildəkindən iki dəfə çox, 89,4 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 341 milyon manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) dəfələrlə artaraq 22% təşkil etmişdir.
ApplePay və MC MoneySend (xarici bankların MC kartlarına Card to Card) istifadəyə verilmişdir. Eyni zamanda 2022-ci ildə Visa Direct, Tap2Phone, JCB və UnionPay beynəlxalq ödəniş sistemlərinə üzvlük layihələrinə start verilmişdir.
Ötən il ərzində Bank 5 innovativ filialını istifadəyə vermiş, bir filial isə rəqəmsal konsepsiyaya uyğun yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.




/ marja.az

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Birbank xidmətinə necə qoşulmaq olar?
IMEI kod nədir?