Azər Türk Bank VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşıdır
®Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunun işində ("IBF 2024") rəsmi tərəfdaş olaraq iştirak etmişdir.
"Mastercard" tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" devizi altında həyata keçirilən forum regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.
Forumda maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi də nümayiş etdirilmişdir. Burada Azər Türk Banka məxsus atb360 mobil əlavəsində yeni istifadəyə verilmiş rəqəmsal atb kartın sürətli sifarişini yerinə yetirən xidmət forum iştirakçılarının marağına səbəb olmuşdur.
İştirakçılar tərəfindən atb card debit kartına sahib olmaq istəyənlər yerindəcə telefonlarına App Store və ya Google Play-dən atb360 mobil tətbiqini yükləməklə, saniyələr ərzində, rahatlıqla və heç bir ödəniş etmədən atb card rəqəmsal debit kartına yiyələnmişlər.

/ banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
İban nədir?
Layihə menecmenti nədir?
Biznes nədir və hansı növləri var?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznesə aid ən yaxşı 10 kitab