"Azər-Türk Bank"da sürətli böyümə - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI

Böyük hissəsi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 13 milyon 550 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 7 milyon 152 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 398 min manat və ya 89,5 % (1,9 dəfə) artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 386 min manat və ya 55,9% artaraq 67 milyon 972 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 860 min manat və ya 51% artaraq 49 milyon 915 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 7 milyon 526 min manat artaraq 18 milyon 57 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 10 milyon 531 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 2 milyon 12 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə "Azər-Türk Bank"  əməliyyat mənfəətindən 1 milyon 778 min manat xüsusi ehtiyata ayırmışdı.
BANK KƏSKİN BÖYÜYÜB
30 iyun 2023 - 30 iyun 2024-cü il dövründə "Azər-Türk Bank"ın cəmi aktivləri 646 milyon 200 min manat və ya 76% artaraq 1 milyard 496 milyon 59 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 344 milyon 760 min manat və ya 84,7% artaraq 751 milyon 594 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 60 milyon 18 min manat artaraq 267 milyon 945 min manata, biznes kreditləri portfeli 254 milyon 28 min manat artaraq 298 milyon 288 min manata, ipoteka kreditləri portfeli 30 milyon 714 min manat artaraq 185 milyon 361 min manata qalxıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
30 iyun 2023 - 30 iyun 2024-cü il dövründə "Azər-Türk Bank"da cəmi depozitlər 508 milyon 829 min manat və ya 2,3 dəfə artaraq 891 milyon 772 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 18 milyon 889 min manat artaraq 225 milyon 37 min manata, hüquqi şəxslərin depozitləri isə 489 milyon 941 min manat artaraq 666 milyon 735 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində "Azər-Türk Bank" 91 milyon 118 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 14 iyul 2024

Oxşar xəbərlər

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə


iqtisadi xeberler bank faizleri dollar kursu leobank kart kripto