"Azər-Türk Bank"ın səhmlərinin bir qisminin SOCAR-a ötürülməsinin təfərrüatları açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin əldə edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bankdakı payının bir qisminin şirkətin sərəncamına verilməsi hesabına gözlənilir.
Bunu müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.
"Məndə olan məlumata görə, söhbət həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir", – deyə nazir qeyd edib. Bununla yanaşı S. Şərifov vurğulayıb ki, bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.
Xatırladaq ki, SOCAR-ın "Azər-Türk Bank"ının nəzarət səhm paketinin alınması ilə bağlı məsələ şirkətin 17 iyulda keçirilən Müşahidə Şurasının iclasında müzakirə edilib.
"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətin, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. / banker.az

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir və necə alınır?
Ən çox soruşulan müsahibə sualları hansılardır?